Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Hadi Rəcəbli

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}} {{Dövlət xadimi | adı = Hadi Rəcəbli |...' ilə yarat) tərəfindən edilmiş 18:35, 27 iyul 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search

[[Kateqoriya:]]

Hadi Rəcəbli
Hadi Rəcəbli.jpg
Şəki Şəhər Partiya Komitəsinin birinci katibibayraq
1983 — 1989
bayraqAzərbaycan KP MK-nın inspektorubayraq
1981 — 1983
bayraqLənkəran Şəhər İcraiyyə Komitəsinin sədribayraq
1980 — 1981
bayraq"Bakinskiy raboçiy" qəzetinin xüsusi müxbiribayraq
1978 — 1980
bayraqLənkəran Şəhər Komsomol Komitəsinin birinci katibibayraq
1972 — 1978
bayraqLənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibibayraq
1971 — 1972
Şəxsi məlumatlar
Doğum tarixi 25 oktyabr 1947 (1947-10-25) (76 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR, Lənkəran rayonu, Viravul kəndi
Milliyyəti Flag of the Soviet Union.svg SSRİ
Flag of Azerbaijan.svg Azərbaycan azərbaycanlı
Partiya КПСС.svg Kommunist partiyası
Təhsili Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini
Təltifləri "Əmək igidliyinə görə" medalı  — 1976 "Şərəf Nişanı" ordeni  — 1986 “Şöhrət” ordeni (Azərbaycan) — 2007 II dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2017
Səhifə: http://fb.com/h.recebli

Hadi Rəcəbli (Şablon:DVTY) — I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri, Azərbaycanda ilk siyasi elmlər namizədi, siyasi elmlər doktoru, professor.

Həyatı

Rəcəbli Hadi Musa oğlu 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinskiy raboçiy" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.

Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir.

Siyasi Fəaliyyəti

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2015-ci il noyabrın 7-də 74 saylı Lənkəran kənd seçki dairəsindən deputat seçilmişdir.

Medalları və təltifləri

Siyasi elmlər doktoru, professordur.

  • "Əmək igidliyinə görə" medalı (1976),
  • "Əmək rəşadətinə görə" medalı (1977),
  • "Şərəf" nişanı (1986),
  • "Şöhrət" ordeni (2007),
  • İkinci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2017) ilə təltif edilmişdir.

Ailəsi

Evlidir, 4 övladı, 10 nəvəsi var.

Mənbə