Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Hadi Rəcəbli

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Hadi Rəcəbli
Rəcəbli Hadi Musa oğlu
Hadi Rəcəbli.png
Hadi Rəcəbli, 2013.
Şəki Şəhər Partiya Komitəsinin birinci katibibayraq
17 dekabr 1983 — 26 noyabr 1988
bayraqAzərbaycan KP MK-nın inspektorubayraq
1981 — 1983
bayraqLənkəran Şəhər İcraiyyə Komitəsinin sədribayraq
1980 — 1981
bayraq“Bakinski raboçi” qəzetinin xüsusi müxbiribayraq
1978 — 1980
bayraqLənkəran Şəhər Komsomol Komitəsinin birinci katibibayraq
1972 — 1978
bayraqLənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibibayraq
1971 — 1972
Şəxsi məlumatlar
Doğum tarixi 25 oktyabr 1947(1947-10-25)
Doğum yeri Viravul kəndi, Lənkəran rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 17 aprel 2024 (76 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri II Fəxri xiyaban, Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili

 • Moskva Yeyinti Sənayesi İnstitutu, texnologiya fakültəsi

 • Bakı Ali Partiya məktəbi
Təltifləri "Əmək igidliyinə görə" medalı  — 1976 "Şərəf Nişanı" ordeni  — 1986 “Şöhrət” ordeni (Azərbaycan) — 2007 II dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2017
Adının digər versiyaları Hadı Rəcəbli, Hadi Recebli, Hadi Rаcаbli, Хады Реджебов, Хады Реджебли, Гады Реджебов, Гады Реджебли, Һади Рәҹәбли, Нади Рәҹәбов, Һады Рәҹәбли, Нады Рәҹәбов

Hadi Rəcəbli (1947–2024) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı və Milli Məclisin sosial siyasət komitəsinin sabiq sədri, siyasi elmlər doktoru və professor.

Haqqında məlumatlar

25 oktyabr 1947-ci il tarixdə Lənkəran rayonunun Viravul kəndində anadan olub.

Təhsili

Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.

Əmək fəaliyyəti

1963 – 1971-ci illərdə Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı,

1971 – 1972-ci illərdə Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi,

1972 – 1978-ci illərdə Lənkəran Şəhər Komsomol Komitəsinin birinci katibi,

1978-ci ildən “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri,

1980 – 1981-ci illərdə Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri,

1981 – 1983-cü illərdə Azərbaycan KP MK-nın inspektoru,

1983 – 1989-cu illərdə Azərbaycan KP MK Şəki Şəhər Partiya Komitəsinin birinci katibi,

1989 – 1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışmış,

1995 – 2020-ci illərdə birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı və sosial siyasət komitəsinin sədri olmuşdur.

İctimai–siyasi fəaliyyəti

On birinci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

Orden və medalları

Ailəsi

Evlidir, 4 övladı, 10 nəvəsi var.

Vəfatı

17 aprel 2024-cü il tarixdə – 76 yaşında, Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

Həmçinin, bax:

Ədəbiyyat

  1. "Deputat Hadı Rəcəbli ilə FOTOSÖHBƏT". https://modern.az/ (azərb.). Modern.az. 25 Oktyabr 2017. 9 Jun 2016 - 17 Sep 2019 tarixində arxivləşdirilib.

Bax: Yeni saytdakı Hadi Rəcəbli səhifəsinə