Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Hadi Rəcəbli

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Hadi Rəcəbli
Rəcəbli Hadi Musa oğlu
Hadi Rəcəbli, 2013.

Hadi Rəcəbli (1947–2024) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı və Milli Məclisin sosial siyasət komitəsinin sabiq sədri, siyasi elmlər doktoru və professor.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

25 oktyabr 1947-ci il tarixdə Lənkəran rayonunun Viravul kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1963 – 1971-ci illərdə Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı,

1971 – 1972-ci illərdə Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi,

1972 – 1978-ci illərdə Lənkəran Şəhər Komsomol Komitəsinin birinci katibi,

1978-ci ildən “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri,

1980 – 1981-ci illərdə Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri,

1981 – 1983-cü illərdə Azərbaycan KP MK-nın inspektoru,

1983 – 1989-cu illərdə Azərbaycan KP MK Şəki Şəhər Partiya Komitəsinin birinci katibi,

1989 – 1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışmış,

1995 – 2020-ci illərdə birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı və sosial siyasət komitəsinin sədri olmuşdur.

İctimai–siyasi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

On birinci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

Orden və medalları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Evlidir, 4 övladı, 10 nəvəsi var.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

17 aprel 2024-cü il tarixdə – 76 yaşında, Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. ...

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

... Bax: Yeni saytdakı Hadi Rəcəbli səhifəsinə