Heydər Əfəndiyev: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Sətir 61: Sətir 61:
== Ədəbiyyat ==
== Ədəbiyyat ==
# {{cite web |url=https://kqkiamea.az/index.php?mod=content&id=1&lang=az |title=Əfəndiyev Heydər Xəlil oğlu |author= AMEA İnformasiya Texnologiyaları İnstitutu |date= |website= kqkiamea.az|publisher=kqkiamea.az |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20200701165656/https://kqkiamea.az/index.php?mod=content&id=1&lang=az |archivedate =1 Jul 2020 }}
# {{cite web |url=https://kqkiamea.az/index.php?mod=content&id=1&lang=az |title=Əfəndiyev Heydər Xəlil oğlu |author= AMEA İnformasiya Texnologiyaları İnstitutu |date= |website= kqkiamea.az|publisher=kqkiamea.az |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20200701165656/https://kqkiamea.az/index.php?mod=content&id=1&lang=az |archivedate =1 Jul 2020 }}
# {{AME|8| |ƏFƏNDİYEV Heydәr Xәlil oğlu}}
# {{AME|8|215|ƏFƏNDİYEV Heydәr Xәlil oğlu}}
# {{ŞAZ|1|158-160}}
# {{ŞAZ|1|158-160}}



14:40, 24 oktyabr 2021 versiyası

Heydər Əfəndiyev
Əfəndiyev Heydər Xəlil oğlu
Heydər Əfəndiyev
Heydər Əfəndiyev, 1947-ci il.
Doğum tarixi 1 iyul 1907(1907-07-01)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 27 yanvar 1967 (59 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
İş yeri Azərbaycan SSR EA Kimya İnstitutu, direktor
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Dövlət Universiteti (–1931)
Mükafatları "Şərəf Nişanı" ordeni"Şərəf Nişanı" ordeni"Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Heydər Əfəndiyev (1907–1967) — kimya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR EA Kimya İnstitutunun direktoru. Azərbaycan geo­kimya elminin yaradıcılarından biri hesab edilir.

Haqında məlumatlar

1 iyul 1907-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1931-ci ildə Azərbaycan Dövlət Universitetinin təbiət-riya­ziy­yat fakül­təsini bitirib.

Əmək fəaliyyəti

1941 – 1949-cu illərdə SSRİ EA Azərbaycan Filialının Kimya İnstitutunda (daha sonra Azərbaycan SSR EA Kimya İnstitutu) laboratoriya müdiri vəzifəsində,

1949 – 1967-ci illərdə isə Azərbaycan SSR EA Kimya İnstitutunun direktoru vəzifəsində işləyib.

Elmi fəaliyyəti

1941-ci ildə kimya elmləri namizədi elmi dərəcəsini,

1958-ci ildə kimya elmləri doktoru elmi dərəcəsini,

1959-cu ildə isə professor elmi adını alıb.

1962-ci ildə Azərbay­can SSR Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Əsas elmi işləri nadir elementlərin geokimyasına həsr edilib. Azərbaycan SSR ərazisində mineral və neft-lay sularında müxtəlif tip süxurlarda nadir və radioaktiv element­lərin yayılma qanuna­uyğunluqlarını öyrənib. Kiçik Qafqazın şimal-şərq hissəsindəki hidrotermal filiz kompleksinin mineralogiyasının və geokimyasının yeni sxemini hazırlayıb və eyni zamanda Böyük Qafqazın cənub yamaclarında tapılmış yeni tipli kolçedan-polimetal yataqlarının (Filizçay, Katex, Katsdağ və s.) geo­kimyasının öyrənilməsinə rəhbərlik edib. Azərbaycan geo­kimya elminin yaradıcılarından biri hesab edilir.

216 elmi əsərin və 8 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 1 elmlər doktoru və 15 fəlsəfə doktoru yetişdirilib. Azərbaycan dilində kimya və geologiya terminlərinin yaradılmasında və təkmilləşməsində əvəzsiz xidmətləri olub.

Təltif və mükafatları

Vəfatı

27 yanvar 1967-ci il tarixdə – 59 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. AMEA İnformasiya Texnologiyaları İnstitutu. "Əfəndiyev Heydər Xəlil oğlu". kqkiamea.az (azərb.). kqkiamea.az. 1 Jul 2020 tarixində arxivləşdirilib.
  2. ƏFƏNDİYEV Heydәr Xәlil oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 215. — ISBN 978-9952-441-13-0.
  3. Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Heydər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 158-160. — 1.000 nüsx.