Heydər Əfəndiyev

Aydinsalis (Müzakirə | töhfələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 14:40, 24 oktyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Heydər Əfəndiyev (1907–1967) — kimya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR EA Kimya İnstitutunun direktoru. Azərbaycan geo­kimya elminin yaradıcılarından biri hesab edilir.

Heydər Əfəndiyev
Əfəndiyev Heydər Xəlil oğlu
Heydər Əfəndiyev
Heydər Əfəndiyev, 1947-ci il.
Doğum tarixi 1 iyul 1907(1907-07-01)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 27 yanvar 1967 (59 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
İş yeri Azərbaycan SSR EA Kimya İnstitutu, direktor
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Dövlət Universiteti (–1931)
Mükafatları "Şərəf Nişanı" ordeni"Şərəf Nişanı" ordeni"Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Haqında məlumatlarRedaktə

1 iyul 1907-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

1931-ci ildə Azərbaycan Dövlət Universitetinin təbiət-riya­ziy­yat fakül­təsini bitirib.

Əmək fəaliyyətiRedaktə

1941 – 1949-cu illərdə SSRİ EA Azərbaycan Filialının Kimya İnstitutunda (daha sonra Azərbaycan SSR EA Kimya İnstitutu) laboratoriya müdiri vəzifəsində,

1949 – 1967-ci illərdə isə Azərbaycan SSR EA Kimya İnstitutunun direktoru vəzifəsində işləyib.

Elmi fəaliyyətiRedaktə

1941-ci ildə kimya elmləri namizədi elmi dərəcəsini,

1958-ci ildə kimya elmləri doktoru elmi dərəcəsini,

1959-cu ildə isə professor elmi adını alıb.

1962-ci ildə Azərbay­can SSR Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Əsas elmi işləri nadir elementlərin geokimyasına həsr edilib. Azərbaycan SSR ərazisində mineral və neft-lay sularında müxtəlif tip süxurlarda nadir və radioaktiv element­lərin yayılma qanuna­uyğunluqlarını öyrənib. Kiçik Qafqazın şimal-şərq hissəsindəki hidrotermal filiz kompleksinin mineralogiyasının və geokimyasının yeni sxemini hazırlayıb və eyni zamanda Böyük Qafqazın cənub yamaclarında tapılmış yeni tipli kolçedan-polimetal yataqlarının (Filizçay, Katex, Katsdağ və s.) geo­kimyasının öyrənilməsinə rəhbərlik edib. Azərbaycan geo­kimya elminin yaradıcılarından biri hesab edilir.

216 elmi əsərin və 8 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 1 elmlər doktoru və 15 fəlsəfə doktoru yetişdirilib. Azərbaycan dilində kimya və geologiya terminlərinin yaradılmasında və təkmilləşməsində əvəzsiz xidmətləri olub.

Təltif və mükafatlarıRedaktə

VəfatıRedaktə

27 yanvar 1967-ci il tarixdə – 59 yaşında, Bakıda vəfat edib.

ƏdəbiyyatRedaktə

  1. AMEA İnformasiya Texnologiyaları İnstitutu. "Əfəndiyev Heydər Xəlil oğlu". kqkiamea.az (azərb.). kqkiamea.az. 1 Jul 2020 tarixində arxivləşdirilib.
  2. ƏFƏNDİYEV Heydәr Xәlil oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 215. — ISBN 978-9952-441-13-0.
  3. Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Heydər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 158-160. — 1.000 nüsx.