Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Hidayət Cəfərov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) tərəfindən edilmiş 20:01, 14 avqust 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Hidayət Cəfərov
Cəfərov Hidayət Cəfər oğlu
Hidayət Cəfərov
Hidayət Cəfərov.
Doğum tarixi 15 iyun 1953 (1953-06-15) (70 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya elmləri namizədi
Elmi adı dosent
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutu (1969–1974)
Elmi rəhbəri professor Əbdülrza Əbilov

Hidayət Cəfərov — kimya elmləri namizədi, dosent.

Haqqında məlumatlar

15 iyun 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1969-cu ildə Şəki şəhər 10 №-li orta məktəbini bitirib.

1969 – 1974-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunda,

1977 – 1980-cı illərdə “Neftkimyaavtomat” Elmi-Tədqiqat və Layihə İnstitutunun aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

1987-ci ildə professor Əbdülrza Əbilovun rəhbərliyi altında Azərbaycan Neft və Kimya İnstitutunun texnoloji proseslərin (istehsalatın) avtomatlaşdırılması Elmi Şurasında “Termiki krekinq prosesinin identifikasiyası və idarəetmə sistemlərinin sintezi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

19 məqalənin, 3 ixtiranın, 3 dərs vəsaitinin müəllifidir.

Əmək fəaliyyəti

1974-cü ildə təyinatla “Neftkimyaavtomat” Elmi-Tədqiqat və Layihə İnstitutunun (ETLİ) Bakı filialına işləməyə göndərilib.

1987-ci ildən sonra “Neftkimyaavtomat” ETLİ-də əvvəl böyük elmi işçi, sonra isə laboratoriya müdiri vəzifəsində çalışıb.

1989-cu ildən indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs deyir; o cümlədən əvvəl müəllim,

1992-ci ildən isə dosent vəzifəsini tutub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Cəfərov Hidayət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 96-97. — 1.000 nüsx.