Hikmət Nəbili

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 16:22, 8 sentyabr 2021 tarixli redaktə
Hikmət Nəbiyev
Nəbiyev Hikmət Məmməd oğlu
Hikmət Nəbiyev
Hikmət Nəbiyev.
Ləqəbi Hikmət Nəbili
Doğum tarixi 20 sentyabr 1957(1957-09-20)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Təhsili Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, dram və kino aktyorluğu fakültəsi (1980–1984)

Hikmət Məmməd oğlu Nəbiyev — tanınmış teatr aktyoru və Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının sabiq direktoru. Bir neçə filmdə də rol gedib.

Haqqında məlumatlar

20 sentyabr 1957-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1974-cü ildə Şəki şəhər 12 №-li orta məktəbini bitirib.

1980 — 1984-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1975-ci ildə Şəki Dövlət Dram Teatrına kütləvi səhnə aktyoru vəzifəsinə işə götürülüb.

1984-cü ildə ali təhsilini başa vurduqdan sonra yenidən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında işləyib və o cümlədən,

2000 – 2016-cı illərdə teatrın direktoru olub.

Təltif və mükafatları

  • Azərbaycan Respublikası Prezidentinin mükafatı (2008).

Ədəbiyyat

  1. Rəhimli İ. Hikmət Nəbili // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 301-303. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.

Filmoqrafiya