Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Hikmət Ziya" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 3: Sətir 3:
 
|Adı              = Hikmət Ziya
 
|Adı              = Hikmət Ziya
 
|Orijinal adı      = Hikmət Ziya oğlu Əfəndiyev
 
|Orijinal adı      = Hikmət Ziya oğlu Əfəndiyev
|Şəkil            = Hikmət Ziya.jpg
+
|Şəkil            = Hikmət_Ziya2.jpg
 
|Şəkil miqyası    =  
 
|Şəkil miqyası    =  
 
|Şəkil məlumat    = Hikmət Ziya
 
|Şəkil məlumat    = Hikmət Ziya

17:03, 1 avqust 2020 versiyası

Hikmət Ziya
Hikmət Ziya oğlu Əfəndiyev
Hikmət Ziya
Hikmət Ziya
Doğum tarixi 13 may 1929(1929-05-13)
Doğum yeri Nuxa, Zaqatala-Şəki mahalı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 2 avqust 1995 (66 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, jurnalistika şöbəsi (1947 – 1952)
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1986

Hikmət Ziya (Əfəndiyev Hikmət Ziya oğlu; d.  13 may 1929-cu il, Nuxa, Zaqatala-Şəki mahalı, Azərbabaycan SSR, ZSFSR, SSRİ — ö.  2 avqust 1995-ci il, Bakı, Azərbaycan Respublikası) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1958), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1959), Qabaqcıl maarif xadimi (1978), Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi (1986).

Haqqında məlumatlar

1929-cu ild Nuxa şəhərində anadan olub.

Ağdam şəhərində 1 saylı orta məktəbi bitirib.

1947 – 1952-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.

1952 – 1969-cu illərdə “Azərbaycan pioneri” qəzetinin redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri,

1969 – 1984-cı illərdə “Göyərçin” jurnalının redaksiyasında poeziya şöbəsinin müdiri,

1984-cü ildə “Göyərçin” jurnalının redaksiyasında məsul katib vəzifəsində işləyib.

Yaradıcılığı

1952-ci ildə “Azərbaycan pioneri” qəzetində çap edilən “Qeqola” adlı ilk şeiri ilə ədəbi yaradıcılığa başlayıb.

Sonra dövri-mətbuatda vaxtaşırı çıxış edib.

İlk satirik şeirləri, eyni zamanda “Atamın hədiyyəsi” (1957), “Bahar gözəldir, ya qış?” (1959), “Milçək ürəyi” (1960) kitabları “Hikmət Əfəndiyev” adı ilə ilə çap olunub.

“Sınaq”, “Ekiz qardaşlar” pyesləri tamaşaya qoyulmuş, librettolarına (“Nənəmin nağılı”, “İkilərin sərgüzəştləri”, “Solğun çiçəklər”) və şeirlərinə musiqi bəstələnib.

Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olub. O özü də bədii tərcüməyə qayğı ilə yanaşmışdır. Ölkənin ayrı-ayrı şəhərlərində keçirilən uşaq və gənclər kitabı həftələrində, eləcə də təşviqat qatarı ilə səfərlərdə, yubiley təntənələrində iştirak etmişdir. “Mozalan” satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, "Azərbaycan pioneri" və "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin üzvü idi.

Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. O özü də bədii tərcümə ilə məşğul olub, başqa dillərdəki bədii ədəbiyyatı azərbaycan dilinə tərcümə edib. “Mozalan” satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq Uşaq və Gənclər Ədəbiyyatı Şurasının, “Azərbaycan pioneri” və “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin üzvü olub.

2 avqust 1995-ci il tarixdə Bakı şəhərində vəfat edib.

Kitabları

Kitabları
  1. Atamın hədiyyəsi. Bakı: Uşaqgəncnəşr, 1956, 20 səh.
  2. Bahar gözəldir, ya qış? Bakı: Uşaqgəncnəşr, 1959, 27 səh.
  3. Milçək ürəyi. Bakı: Azərnəşr, 1960, 46 səh.
  4. Şeirlər və təmsillər. Bakı: Azərnəşr, 1963,64 səh.
  5. Ulduzların söhbəti. Bakı: Azərnəşr, 1964, 51 səh.
  6. Qısa təmsillər. Bakı: Azərnəşr, 1965, 55 səh.
  7. Xatirə. Bakı: Azərnəşr, 1966, 101 səh.
  8. Tülkü arayışında. Bakı: Gənclik, 1967, 67 səh.
  9. Buludlar. Bakı: Gənclik, 1968, 57 səh.
  10. Mənim dovşanım. Bakı: İşıq, 1970, 26 səh.
  11. Qısqanc qarışqa. Bakı: Gənclik, 1971, 87 səh.
  12. Günəş və ləkələr. Bakı: Azərnəşr, 1972, 67 səh.
  13. Leylək yuvası. Bakı: Gənclik, 1973, 121 səh.
  14. Mənim misralarım. Bakı: Gənclik, 1975, 139 səh.
  15. Qardaşlar ovda. Bakı: Gənclik, 1978, 143 səh.
  16. Qərib cinlər diyarında. Bakı: Gənclik, 1980, 134 səh.
  17. Təmsillər. Bakı: Yazıçı, 1982, 237 səh.
  18. İlin balaları. Bakı: Gənclik, 1983, 126 səh.
  19. Qardaşlığın qüdrəti (Bəstəkar M.Mirzəyevlə şərikli). Bakı: İşıq, 1983, 65 səh.
  20. Təmsillər. Bakı: Gənclik, 1985, 120 səh.
  21. Ömrümün payı. Bakı: Yazıçı, 1986, 235 səh.
  22. Vətənim mənim. Bakı: Gənclik, 1988, 120 səh.
  23. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1992, 295 səh.

Tərcümələri

  1. İ.A.Krılov. Təmsillər. Bakı: Gənclik, 1982, 80 səh. (ruscadan)

Filmoqrafiya

  1. az:Əli Bayramlı (film, 1971)(I)
  2. az:Azərbaycan qadını (film, 1974)
  3. az:Qərib cinlər diyarında (film, 1977)
  4. az:Dəcəl dovşan (film, 1981)

Mükafatları

Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1988).

Ailəsi

Babası Abdulla bəy Əfəndizadə pedaqoq idi və Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü olub (görkəmli Azərbaycan maarifçisi Rəşid bəy Əfəndiyevin qardaşıdır).

Atası Ziya Əfəndiyev də pedaqoq olmuş, Nuxa, Zaqatala və Ağdamda müəllim işləyib.

Nəvəsi Ceyhun Əfəndi iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidentidir.

İstifadə edilmiş mənbələr

  1. Abdullayeva S. Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yeri və rolu // 525-ci qəzet. — Bakı, 2015. — В. 16 aprel. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 mart 2018.
  2. "Hikmət Ziya". http://portal.azertag.az/ (azərb.). Uşaq Bilik Portalı (AZƏRTAC). 22.02.2019. 08.08.2019 tarixində arxivləşdirilib.
  3. Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Hikmət Ziya oğlu (Hikmət Ziya) // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 163 – 166. — 1.000 nüsx.

Şablon:Yaxşı məqalə