Hikmət Ziya: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
 
(Eyni redaktor tərəfindən edilmiş 2 ara dəyişiklik göstərilmir)
Sətir 4: Sətir 4:
|Orijinal adı      = Əfəndiyev Hikmət Ziya oğlu  
|Orijinal adı      = Əfəndiyev Hikmət Ziya oğlu  
|Şəkil            = Hikmət_Ziya2.jpg
|Şəkil            = Hikmət_Ziya2.jpg
|Şəkil miqyası    =  
|Şəkil miqyası    = 160
|Şəkil məlumat    = Hikmət Ziya.
|Şəkil məlumat    = Hikmət Ziya.
|İlk adı          =  
|İlk adı          =  
Sətir 35: Sətir 35:
|Sayt              =  
|Sayt              =  
}}
}}
'''Hikmət Ziya ''' (''Əfəndiyev Hikmət Ziya oğlu''; 1929–1995) — tanınmış şair, tərcüməçi və jurnalist, [[Azərbaycan SSR əməkdar incəsənət xadimi]].
'''Hikmət Ziya ''' (1929–1995) — tanınmış şair, tərcüməçi və jurnalist, [[Azərbaycan SSR əməkdar incəsənət xadimi]].


== Haqqında məlumatlar ==
== Haqqında məlumatlar ==
Sətir 150: Sətir 150:


{{Yoxlanılmış məqalə}}  
{{Yoxlanılmış məqalə}}  
{{Ən çox oxunan on məqalədən biri}}


[[az:Hikmət Ziya]]
[[az:Hikmət Ziya]]

Səhifəsinin 07:18, 2 avqust 2022 tarixinə olan son versiyası

Hikmət Ziya
Əfəndiyev Hikmət Ziya oğlu
Hikmət Ziya
Hikmət Ziya.
Doğum tarixi 13 may 1929(1929-05-13)
Doğum yeri Nuxa (indiki Şəki), Zaqatala-Şəki mahalı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfatı 2 avqust 1995 (66 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, jurnalistika şöbəsi (1947–1952)
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1986

Hikmət Ziya (1929–1995) — tanınmış şair, tərcüməçi və jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

13 may 1929-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

Ağdam şəhərində 1 saylı orta məktəbi bitirib.

1947 – 1952-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1952 – 1969-cu illərdə “Azərbaycan pioneri” qəzetinin redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri,

1969 – 1984-cı illərdə “Göyərçin” jurnalının redaksiyasında poeziya şöbəsinin müdiri,

1984-cü ildə “Göyərçin” jurnalının redaksiyasında məsul katib vəzifəsində işləyib.

Ədəbi yaradıcılığı[Vizual redaktə | HTML redaktə]

1952-ci ildə “Azərbaycan pioneri” qəzetində çap edilən “Qeqola” adlı ilk şeiri ilə ədəbi yaradıcılığa başlayıb.

Sonra dövri-mətbuatda vaxtaşırı çıxış edib.

İlk satirik şeirləri, eyni zamanda “Atamın hədiyyəsi” (1957), “Bahar gözəldir, ya qış?” (1959), “Milçək ürəyi” (1960) kitabları “Hikmət Əfəndiyev” adı ilə ilə çap olunub.

“Sınaq”, “Ekiz qardaşlar” pyesləri tamaşaya qoyulmuş, librettolarına (“Nənəmin nağılı”, “İkilərin sərgüzəştləri”, “Solğun çiçəklər”) və şeirlərinə musiqi bəstələnib.

Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. O, özü də bədii tərcümə ilə məşğul olub, başqa dillərdəki bədii ədəbiyyatı azərbaycan dilinə tərcümə edib. “Mozalan” satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq Uşaq və Gənclər Ədəbiyyatı Şurasının, “Azərbaycan pioneri” və “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin üzvü olub.

Kitabları[Vizual redaktə | HTML redaktə]

Kitabları
  • Atamın hədiyyəsi. Bakı: Uşaqgəncnəşr, 1956, 20 səh.
  • Bahar gözəldir, ya qış? Bakı: Uşaqgəncnəşr, 1959, 27 səh.
  • Milçək ürəyi. Bakı: Azərnəşr, 1960, 46 səh.
  • Şeirlər və təmsillər. Bakı: Azərnəşr, 1963,64 səh.
  • Ulduzların söhbəti. Bakı: Azərnəşr, 1964, 51 səh.
  • Qısa təmsillər. Bakı: Azərnəşr, 1965, 55 səh.
  • Xatirə. Bakı: Azərnəşr, 1966, 101 səh.
  • Tülkü arayışında. Bakı: Gənclik, 1967, 67 səh.
  • Buludlar. Bakı: Gənclik, 1968, 57 səh.
  • Mənim dovşanım. Bakı: İşıq, 1970, 26 səh.
  • Qısqanc qarışqa. Bakı: Gənclik, 1971, 87 səh.
  • Günəş və ləkələr. Bakı: Azərnəşr, 1972, 67 səh.
  • Leylək yuvası. Bakı: Gənclik, 1973, 121 səh.
  • Mənim misralarım. Bakı: Gənclik, 1975, 139 səh.
  • Qardaşlar ovda. Bakı: Gənclik, 1978, 143 səh.
  • Qərib cinlər diyarında. Bakı: Gənclik, 1980, 134 səh.
  • Təmsillər. Bakı: Yazıçı, 1982, 237 səh.
  • İlin balaları. Bakı: Gənclik, 1983, 126 səh.
  • Qardaşlığın qüdrəti (Bəstəkar M.Mirzəyevlə şərikli). Bakı: İşıq, 1983, 65 səh.
  • Təmsillər. Bakı: Gənclik, 1985, 120 səh.
  • Ömrümün payı. Bakı: Yazıçı, 1986, 235 səh.
  • Vətənim mənim. Bakı: Gənclik, 1988, 120 səh.
  • Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1992, 295 səh.

Tərcümələri[Vizual redaktə | HTML redaktə]

  • İ.A.Krılov. Təmsillər. Bakı: Gənclik, 1982, 80 səh. (ruscadan)

Filmoqrafiya[Vizual redaktə | HTML redaktə]

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Babası Abdulla bəy Əfəndizadə pedaqoq idi və Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü olmuşdur (görkəmli Azərbaycan maarifçisi Rəşid bəy Əfəndiyevin qardaşıdır).

Atası Ziya Əfəndiyev də pedaqoq olmuş, Nuxa, Zaqatala və Ağdamda müəllim işləmişdir.

Nəvəsi Ceyhun Əfəndi iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidentidir.

Vəfatı[Vizual redaktə | HTML redaktə]

2 avqust 1995-ci il tarixdə – 66 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Hikmət Ziya oğlu (Hikmət Ziya) // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 163-166. — 1.000 nüsx.
  2. Abdullayeva S. Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yeri və rolu // 525-ci qəzet. — Bakı, 2015. — В. 16 aprel. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 mart 2018.
  3. Hikmət Ziya. http://portal.azertag.az/. Uşaq Bilik Portalı (AZƏRTAC) (22.02.2019). Arxivləşdirilib (8 avqust 2019).