Hikmət Ziya (Əfəndiyev Hikmət Ziya oğlu; 1929–1995) — tanınmış şair, tərcüməçi və jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi.

Hikmət Ziya
Əfəndiyev Hikmət Ziya oğlu
Hikmət Ziya
Hikmət Ziya.
Doğum tarixi 13 may 1929(1929-05-13)
Doğum yeri Nuxa (indiki Şəki), Zaqatala-Şəki mahalı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 2 avqust 1995 (66 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, jurnalistika şöbəsi (1947–1952)
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1986

Haqqında məlumatlarRedaktə

13 may 1929-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

Ağdam şəhərində 1 saylı orta məktəbi bitirib.

1947 – 1952-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1952 – 1969-cu illərdə “Azərbaycan pioneri” qəzetinin redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri,

1969 – 1984-cı illərdə “Göyərçin” jurnalının redaksiyasında poeziya şöbəsinin müdiri,

1984-cü ildə “Göyərçin” jurnalının redaksiyasında məsul katib vəzifəsində işləyib.

Ədəbi yaradıcılığıRedaktə

1952-ci ildə “Azərbaycan pioneri” qəzetində çap edilən “Qeqola” adlı ilk şeiri ilə ədəbi yaradıcılığa başlayıb.

Sonra dövri-mətbuatda vaxtaşırı çıxış edib.

İlk satirik şeirləri, eyni zamanda “Atamın hədiyyəsi” (1957), “Bahar gözəldir, ya qış?” (1959), “Milçək ürəyi” (1960) kitabları “Hikmət Əfəndiyev” adı ilə ilə çap olunub.

“Sınaq”, “Ekiz qardaşlar” pyesləri tamaşaya qoyulmuş, librettolarına (“Nənəmin nağılı”, “İkilərin sərgüzəştləri”, “Solğun çiçəklər”) və şeirlərinə musiqi bəstələnib.

Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. O, özü də bədii tərcümə ilə məşğul olub, başqa dillərdəki bədii ədəbiyyatı azərbaycan dilinə tərcümə edib. “Mozalan” satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq Uşaq və Gənclər Ədəbiyyatı Şurasının, “Azərbaycan pioneri” və “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin üzvü olub.

KitablarıRedaktə

Kitabları
  • Atamın hədiyyəsi. Bakı: Uşaqgəncnəşr, 1956, 20 səh.
  • Bahar gözəldir, ya qış? Bakı: Uşaqgəncnəşr, 1959, 27 səh.
  • Milçək ürəyi. Bakı: Azərnəşr, 1960, 46 səh.
  • Şeirlər və təmsillər. Bakı: Azərnəşr, 1963,64 səh.
  • Ulduzların söhbəti. Bakı: Azərnəşr, 1964, 51 səh.
  • Qısa təmsillər. Bakı: Azərnəşr, 1965, 55 səh.
  • Xatirə. Bakı: Azərnəşr, 1966, 101 səh.
  • Tülkü arayışında. Bakı: Gənclik, 1967, 67 səh.
  • Buludlar. Bakı: Gənclik, 1968, 57 səh.
  • Mənim dovşanım. Bakı: İşıq, 1970, 26 səh.
  • Qısqanc qarışqa. Bakı: Gənclik, 1971, 87 səh.
  • Günəş və ləkələr. Bakı: Azərnəşr, 1972, 67 səh.
  • Leylək yuvası. Bakı: Gənclik, 1973, 121 səh.
  • Mənim misralarım. Bakı: Gənclik, 1975, 139 səh.
  • Qardaşlar ovda. Bakı: Gənclik, 1978, 143 səh.
  • Qərib cinlər diyarında. Bakı: Gənclik, 1980, 134 səh.
  • Təmsillər. Bakı: Yazıçı, 1982, 237 səh.
  • İlin balaları. Bakı: Gənclik, 1983, 126 səh.
  • Qardaşlığın qüdrəti (Bəstəkar M.Mirzəyevlə şərikli). Bakı: İşıq, 1983, 65 səh.
  • Təmsillər. Bakı: Gənclik, 1985, 120 səh.
  • Ömrümün payı. Bakı: Yazıçı, 1986, 235 səh.
  • Vətənim mənim. Bakı: Gənclik, 1988, 120 səh.
  • Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1992, 295 səh.

TərcümələriRedaktə

  • İ.A.Krılov. Təmsillər. Bakı: Gənclik, 1982, 80 səh. (ruscadan)

FilmoqrafiyaRedaktə

Təltif və mükafatlarıRedaktə

AiləsiRedaktə

Babası Abdulla bəy Əfəndizadə pedaqoq idi və Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü olmuşdur (görkəmli Azərbaycan maarifçisi Rəşid bəy Əfəndiyevin qardaşıdır).

Atası Ziya Əfəndiyev də pedaqoq olmuş, Nuxa, Zaqatala və Ağdamda müəllim işləmişdir.

Nəvəsi Ceyhun Əfəndi iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidentidir.

VəfatıRedaktə

2 avqust 1995-ci il tarixdə – 66 yaşında, Bakıda vəfat edib.

ƏdəbiyyatRedaktə

  1. Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Hikmət Ziya oğlu (Hikmət Ziya) // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 163-166. — 1.000 nüsx.
  2. Abdullayeva S. Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yeri və rolu // 525-ci qəzet. — Bakı, 2015. — В. 16 aprel. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 mart 2018.
  3. Hikmət Ziya. http://portal.azertag.az/. Uşaq Bilik Portalı (AZƏRTAC) (22.02.2019). Arxivləşdirilib (8 avqust 2019).