Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Hikmət Hacızadə

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 18:30, 1 sentyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Hikmət Hacızadə
Hacızadə Hikmət Əbdürrəhim oğlu
Hikmət Hacızadə
Hikmət Hacızadə
Doğum tarixi 11 noyabr 1954(1954-11-11)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 20 noyabr 2020 (66 yaşında)
Atası Əbdürrəhim Hacızadə
Həyat yoldaşı Bahar Hacızadə
Uşağı oğlu: Adnan Hacızadə
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Peşəsi fizika-riyaziyyat elmləri namizədi
Milliyyəti azərbaycanlı
İxtisası fizik
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi ( – 1977)
Fəaliyyəti siyasətçi
Partiya Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyası (1988 – 1993)
Müsavat Partiyası Müsavat Partiyası (1993 – 2015)
facebook səhifəsi
Commons-logo.svg Commonsda da Hikmət Hacızadə ilə əlaqəli mediafayllar var

Hikmət Hacızadə (1954 – 2020) — ictimai-siyasi xadim, Azərbaycan Respublikası baş nazirinin sabiq müavini və Azərbaycanın Rusiya Federasiyasındakı sabiq səlahiyyətli nümayəndəsi.

Haqqında ətraflı məlumatlar

11 noyabr 1954-cü il tarixdə Bakıda anadan olub.

Təhsili

1977-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib.

Əmək fəaliyyəti

1977-ci ildən Azərbaycan SSR EA Fizika İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə böyük elmi işçi,

1992 − 1993-cü illərdə isə Azərbaycan Respublikasının baş nazirin müavini və Azərbaycanın Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1983-cü ildə Moskvada namizədlik dissertasiyasını müdafiə edib.

İctimai-siyasi fəaliyyəti

1988-ci ildən Azərbaycanın istiqlal hərəkatında fəal iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü, AXC-nin “Svoboda” qəzetinin redaktoru olmuşdur.

1993-cü ildən Müsavat Partiyasının və onun Divanının üzvü idi. Demokratiya və insan haqları barəsində biliklərin yayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidenti olub. Xalq Cəbhəsi və Müsavat Partiyasının nizamnamə və məramnamələrinin tərtibçilərindən biri, “keçid dövrü”nün problemləri, insan haqları tarixi və nəzəriyyəsi üzrə çoxsaylı məqalə və kitabçaların müəllifidir.

Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan “Demokratiya haqqında 150 000 işarə” kitabı 1995-ci ildə nəşr edilib. “İnsan Haqları − bəşəriyyətin əsas ideyası” (1997), “Demokratiya: Gediləsi uzun bir yol” (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir.

Vəfatı

20 noyabr 2020-ci il tarixdə – 66 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Hacızadə Hikmət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 211. — 1.000 nüsx.