Hikmət Nəbili

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 23:37, 20 sentyabr 2021 tarixli redaktə
Hikmət Nəbili
Nəbili Hikmət Məmməd oğlu
Hikmət Nəbili
Hikmət Nəbili, 2013-cü il.
Doğum adı Hikmət Nəbiyev.
Doğum tarixi 20 sentyabr 1957 (1957-09-20) (66 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Təhsili Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, dram və kino aktyorluğu fakültəsi (1980–1984)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2013
facebook hesabı

Hikmət NəbiliAzərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin metodisti. Tanınmış teatr aktyoru və Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının sabiq direktorudur. Bir neçə filimdə də rol oynamışdır.

Haqqında məlumatlar

20 sentyabr 1957-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1974-cü ildə Şəki şəhər 12 №-li orta məktəbini bitirib.

1980 — 1984-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1975-ci ildə Şəki Dövlət Dram Teatrına kütləvi səhnə aktyoru vəzifəsinə işə götürülüb.

1984-cü ildə ali təhsilini başa vurduqdan sonra yenidən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında işləyib və o cümlədən,

2001 – 2017-cı illərdə teatrın direktoru olub.

2017-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində metodist vəzifəsində çalışır.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Rəhimli İ. Hikmət Nəbiyev // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 301-303. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.
  2. Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 30 Jun 2013 - 2 Mar 2021] // Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. — 2013. — 25 iyun. — Müraciət tarixi: 09.09.2021.
  3. Axundov İ. Əməkdar mədəniyyət işçisi, aktyor Hikmət Nəbili haqqında // Hürriyyət : qəzet. — 2020. — В. 25–26 avqust. — Səh. 14. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 10 sentyabr 2021.