Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Köbər Zəyzid

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:K{{YM |ad = Köbər Zəyzid |xəritə = Seki.PNG |xəritə miqyas = 200px |xəritə məlumat = Şəki rayonu |xər...' ilə yarat) tərəfindən edilmiş 18:36, 20 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Yaşayış məntəqəsi
Köbər Zəyzid


Ölkə Azərbaycan
Rayon Şəki rayonu
Əhalisi 1034 nəfər
Poçt indeksi AZ5540[1]



Köbər ZəyzidAzərbaycan Respublikasının Şəki rayonununinzibati ərazi vahidində kənd.

Tarixi

Köbər Zəyzid Şəki rayonunun Zəyzid inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyində, Qanıx-Əyriçay çökəkliyindədir.

Köbər komponenti yaşayış məntəqəsini rayonun ərazisindəki Baş ZəyzidOrta Zəyzid kəndlərindən fərqləndirməyə xidmət edir.

Oykonimin "köbər" hissəsi bəzilərinin fikrincə əcdadları xəzərlərin kabar tayfası olan kəbirli tayfa adı ilə bağlıdır. Lakin azərbaycan dilində ayrıca "köbər" sözü mövcuddur, mənası da "dik yer, dikdir, dik torpaq qalağı, hündür yer" deməkdir.[2][3] Bu cür açıqlama kəndin yerləşdiyi relyefi təsvir etdiyinə görə daha məntiqli ola bilər.

Adın "zəyzid" (zəkzid/zəqzit) hissəsinə gəlincə isə, bəziləri onu monqol tayfalarından birinə məxsus olduğunu bildirirlər[4], lakin digər açıqlamalar da mövcuddur. Məsələn, xalq etimologiyasına görə "zəyzid" sözü üzdə əmələ gələn kəsiklərin müalicəsi üçün istifadə olunan Zəy adlı maddənin adı ilə bağlıdır. Hal-hazırda bu maddədən hələ də bərbərxanalarda istifadə olunur, qanı qısa müddətdə kəsmə qabiliyyətinə malikdir. Digər bir fərziyyəyə görə bu ad kəndin yuxarısında yerləşən və eramızdan əvvələ məxsus olan Zəy qalasının adı ilə bağlıdır. Yeraltı tunellərə malik olan bu qalanın əsası, rəvayətə görə, Makedoniyalı İskəndər tərəfindən qoyulmuşdur. Lakin elm adamları və tədqiqatçılar tərəfindən qəbul olunmuş etimologiya bunları təsdiqləmir.

İstənilən halda, Köbər Zəyzid, Baş Zəyzid və Orta Zəyzid kəndlərinin adları bir-birləri ilə bilavasitə bağlıdır, və Köbər Zəyzid kəndinin adını çox güman ki "köbər ərazidə (dik, hündür yerdə) yerləşən Zəyzid kəndi" kimi açıqlamaq olar.

Əhalisi

Kəndin əhalisi 1034 nəfər təşkil edir ki, onun da 517 nəfəri kişi, 517 nəfəri isə qadındır. .

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. https://azerdict.com/az/izahli-luget/k%C3%B6b%C9%99r
  3. https://obastan.com/az/dict/dialect/word/565056-K%C3%96B%C6%8FR
  4. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Şablon:Şəki rayonu-qaralama Şablon:Kənd-qaralama