Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Könül Xasıyeva" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 1: Sətir 1:
[[Kateqoriya:K]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]]{{Musiqiçi
+
[[Kateqoriya:K]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]]{{Musiqiçi
 
|Peşəsi = xanəndə
 
|Peşəsi = xanəndə
 
|Şəkil = Könül Xasıyeva1.jpg
 
|Şəkil = Könül Xasıyeva1.jpg

20:15, 6 yanvar 2021 versiyası

Könül Xasıyeva
Könül Xasıyeva
Şəxsi məlumatlar
Doğum tarixi 17 mart 1968 (1968-03-17) (56 yaş)
Doğum yeri Şəki, Azərbaycan
Peşəsi xanəndə

Mükafatları Şablon:Azərbaycan Respublikasının Xalq artisti Şablon:Əməkdar artist
www.facebook.com/konulxasiyeva

Xasıyeva Könül Kazım qızı (17 mart 1968, Şəki) — azərbaycanlı muğam ifaçısı, müğənni, Azərbaycanın xalq artisti (2014)[1].

Həyatı

Könül Xasıyeva 1968-ci il mart ayının 17-də Şəkidə anadan olmuşdur. Könül Xasıyeva 1975-ci ildə 1-ci sinfinə qədəm qoyur. 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş “Gənclərin ümumrespublika baxış” müsabiqəsinin qalibi olmuşdur. 1981-1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olub. 1986-1991-ci illərdə təhsil alıb-məzun olduğu Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) xalq artisti Arif Babayevin tələbəsi olmuşdur.

Karyerası

Səhnəyə 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş “Gənclərin ümumrespublika baxış” müsabiqəsində çıxmış və həmin müsabiqənin qalibi olmuşdur. Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də Türkiyə, Almaniya, Fransa, İsveçrə, İtaliya, İran, Rusiya və s. kimi ölkələrin şəhərlərində iştirak edib. Dövlət tədbirlərində, ictimai tədbirlərdə, cəbhə və döyüş bölgələrində böyük konsert çıxışları olub.

Mükafatları, təltifləri və fəxri adları

  1. ”Azərbaycan Bayrağı” ali diplomu
  2. “Ustad Sənətkar” media mükafatı
  3. “Qızıl Qələm” media mükafatı
  4. “Azərbaycan Respublikasının əməkdar artisti”[2]
  5. Azərbaycanın xalq artisti — 2014[1]
  6. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü[3]

İstinadlar

  1. 1,0 1,1 [http:// http://www.president.az/articles/13727 "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2014-ci il tarixli, xxxx nömrəli Sərəncamı]  (azərb.)
  2. Azərbaycan Respublikası prezidentinin 24.12.2002-ci il tarixli, 826 nömrəli fərmanı
  3. Prezident İlham Əliyev Könül Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb