Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Kəmalə Hüseynova

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:03, 29 may 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Kəmalə Hüseynova
Hüseynova Kəmalə Müzəffər qızı
Kəmalə Hüseynova
Kəmalə Hüseynova
Digər adı Kəmalə Abdullayeva
Kəmalə Müzəffər
Doğum tarixi 29 may 1967 (1967-05-29) (56 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşağı Banuçiçək Hüseynova[1]
Peşəsi aktrisa
Fəaliyyət illəri 1987-ci ildən
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı
"Tərəqqi" medalı — 2018
IMDb ID 2928014

Kəmalə Hüseynova (Hüseynova Kəmalə Müzəffər qızı; d.  29 may 1967-ci il, Nuxa, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı aktrisa, Azərbaycanın Respublikasınınəməkdar artisti (2011).

Həyatı

1967-ci ildə Nuxada anadan olub.

1986 – 1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlayıb; dördüncü kursda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunub – birbaşa baş rolda (Əli Əmirlinin “Ərizə” tamaşasındakı Reyhan rolunda) çıxış etmək üçün[2].

1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.

2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülüb.

30 aprel 2014-cü il tarixdə[3], 6 may 2015-ci il tarixdə[4], 6 may 2016-cı ildə[5], 1 may 2017-ci il tarixdə[6], 9 may 2018-ci ildə[7] və 7 may 2020-ci il tarixdə[8] Prezident Mükafatına layiq görülmüşdür.

10 dekabr 2018-ci il tarixində “Tərəqqi” medalı ilə təltif edilib[9].

Teatr sahəsindəki rolları

  • 1. Reyhan - («Ərizə», Əli Əmirli)
  • 2. Fira - («Məhəbbət, Şeytan və Lambada», Marat Haqverdiyev)
  • 3. Fira - («Ləyaqət», Marat Haqverdiyev)
  • 4. Femida - («Cəza», Əli Əmirli)
  • 5. Gülyanaq - («Ağ div, Qara div», Əli Səmədli)
  • 6. Diva - («Cənnətin üç alması», Nicat Kazımov)
  • 7. Sona - («Ağ Dəvə», Elçin)
  • 8. Dayə - («Ələddinin sehrli çırağı», Nicat Kazımov)
  • 9. Küpəgirən - («Mağara», Aygün Həsənoğlu)
  • 10. Kleya – («Ezop», Qilyerme Fiqeyredo)
  • 11. Jannina – («Məzəli hadisə», Karlo Qoldoni)
  • 12. Ana qaz – («Ana qaz», Rəsul Rza)
  • 13. Xavər – («Olmuş əhvalat», Aqşin Babayev)
  • 14. Pəri cadu – («Pəri cadu», Əbdürrəhim bəy Haqverdiyev)
  • 15. Zeynəb – («Məkkəyə gedən yol» C.Məmmədquluzadə)
  • 16. Mələk («Mən səni sevirəm – M.S.S» Ə.Əmirli)
  • 17. Ledi Montekki («Romeo və Cülyetta» U.Şekspir)
  • 18. A – («Mən gəldim, qızlar» L.Nuren)
  • 19.Zərnigar - («Miras» H.Mirələmov)
  • 20.Gültəkin Sarabiskaya- («Qatarın Altına Atılan Qadın», Afaq Məsud)-Akademik Milli Dram Teatrının səhnəsində
  • 21.Raifə - (“Ünvansız qatar”, Ə.Əmirli)
  • 22.Qadın - (“Cəza”, Tamara Vəliyeva)

Filmoqrafiya

  1. az:Araqarışdıran (film, 1987)
  2. az:Kişi sözü (film, 1987)
  3. az:Sahilsiz gecə (film, 1989)
  4. az:O dünyadan salam (film, 1991)
  5. az:Etiraf (film, 1992)
  6. az:Hökm (film, 1994)
  7. az:Ana qaz (film, 2005)
  8. az:QAZ (film, 2005)
  9. az:Məhkumlar (film, 2007)
  10. az:Azarkeş (film, 2008)
  11. az:Bir ovuc torpaq (film, 2009)
  12. az:Ölüm növbəsi (film, 2009)
  13. Məhkumlar (2012)
  14. az:Tək olanda qorxma... (teleserial, 2013)
  15. az:Zəng (film, 2014)
  16. az:Vicdan haqqı (teleserial, 2016)
  17. az:Ögey ana (teleserial, 2017)
  18. Yad gəlin (teleserial 2019)

İstinadlar

  1. Nicat Huseynov, Ayxan Huseynov Azərbaycanlı aktrisanın qızı anası haqda danışdı
  2. Kəmalə Müzəffərli: “Sandığımda “N” qədər elə qadın var”
  3. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  4. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  5. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  6. President.Az (01.05.2017). "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2017-05-02.
  7. President.Az (09.05.2018). "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2018-05-10.
  8. President.Az (07.05.2020). "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2020-05-07.
  9. President.Az (10.12.2018). "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2018-12-10.

Xarici keçidlər