Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Kərim ağa Şəkixanov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Kərim ağa Şəkixanov
Şəkixanov Kərim ağa Fətəli xan oğlu
Kərim ağa Şəkixanov
Kərim ağa Şəkixanovun qəbri üstündəki baş daşı.
Təxəllüsü Fateh
Doğum tarixi ≈ 1788(1788-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Flag of Shaki Khanate4.png Şəki xanlığı
Vəfatı 10 dekabr 1858 (70 yaşında)
Vəfat yeri Nuxa, Nuxa qəzası, Kaspi vilayəti, Flag of Russia.svg Rusiya İmperiyası
Dəfn yeri Xan qəbiristanlığı
Atası Fətəli xan
Vətəndaşlığı Flag of Shaki Khanate4.png Şəki xanlığıFlag of Russia.svg Rusiya İmperiyası

Kərim ağa Şəkixanov (1788–1858) — Şəki xan nəslinin davamçılarından biri, Şəki xanlığının tarixinə dair əsərin müəllifi; həmçinin, “Fateh” təxəllüsü ilə şeirlər də yazıb.

Haqında məlumatlar

1788-ci ildə anadan olub.

Fars və ərəbcə yaxşı savad alıb[1].

Atası Fətəli xan öz qardaşı (Kərim ağanın əmisi) Məhəmmədhəsən xan tərəfindən kor edilsə də 1805-ci ildə 1 aya yaxın Şəki xanı olmuşdur. Elə həmin vaxt – 1 fevral 1805-ci il tarixdə[2], oğlu Kərim ağanı girov və təhlükəsizlik məqsədi ilə Şamaxı xanı Mustafa xanın yanına göndərib. Kərim ağa 7 il Şamaxıda, Mustafa xanın yanında saxlanılıb.

Kərim ağa 1829-cu ildə Şəki xanlığının tarixinə dair kiçik bir tarix əsəri qələmə alıb. Həmin əsər ilk dəfə 1858-ci ildə Sankt-Peterburqda “Şəki xanlarının ixtisar üzrə tarixi” adı ilə azərbaycan dilində çap edilib.

“Fateh” ədəbi təxəllüsü ilə şeirlər yazırdı.

Əl işləri də olub, ağacda oymalar açaraq naqqaşkarlıq edir, ağacdan bıçaqla qaşıq yonurdu.

Nuxa qəzasında irsi mülkiyyətində olan bir neçə kiçik kəndi vardı.

1837-ci ilin payızında rus çarı I Nikolay Tiflisə gələrkən, onu qarşılamağa dəvət edilmiş müsəlman əsilzadələr arasında olub.

Dindar olub, Tiflisdə – I Nikolayla görüşdə, namaz vaxtı, namaz qılmaq üçün məclisi tərk edib.

1842-ci ildə Mirzə Fətəlinin atalığı Axund Hacı Ələsgərin qızı Tubi xanımı Nuxadan Tiflisə apararaq Mirzə Fətəli ilə evləndirib və onların toyunu edib[3].

14 aprel 1853-cü il tarixdə (digər mənbələrdə – maddeyi-tarixlərdə, 1842/1843) Nuxada böyük yanğın baş vermiş, Nuxa bazarı, Birinci Cümə məscidi və həmin ətrafdakı evlər yanğına məruz qalmışdır. Yanğından sonra Kərim ağa Şəkixanov Birinci Cümə məscidini bərpa etdirməyə başlamış, lakin bəzi yerlərini, – minarənin başını, pilləkənlərini və yanğına məruz qalmış digər yerlərini bərpa və təmir etdirməyə onun ömrü çatmamışdır.

Vəfatı

10 dekabr 1858-ci il tarixdə – 70 yaşında, vəfat edib. Şəki Xan qəbiristanlığında dəfn edilib.

Ailəsi

Müxtəlif vaxtlarda 3 arvadla evli olub; 10 övladı doğulmuş, lakin 5-i sağlığına vəfat etmişdir.

  • Birinci arvadı Mollazadələrdən olub, bu arvaddan 7 uşağı doğulub, 3-ü sağlığında vəfat edib, 4-ü qalıb: Əbdülhəmid ağa, Mustafa ağa, İsmayıl ağa və Cəfər ağa.
  • İkinci arvadı əmisi qızı dul Tuti ağa olub, bu arvaddan uşağı olmayıb, boşanıb.
  • Üçüncü arvadı öz qarabaşlarından biri olub, bu arvaddan 3 oğlu doğulub, 2-si sağlığında vəfat edib, sonuncu oğlu Məmməd ağa, Kərim ağa vəfat edərkən sağ idi və 1 yaşı vardı.

İstinadlar

  1. Tahirzadə Ə.Ş., 2005, s. 12.
  2. Tahirzadə Ə.Ş., 2005, s. 90.
  3. ƏA, 2020, s. 12: «...Mirzə Fətəlinin atalığı Axund hacı Ələsgərin vəsiyyətinə əsasən onun ölümündən sonra qızı Tubi xanımı Tiflisə aparıb Mirzə Fətəli ilə evləndirən, onlara toy məclisi düzəldən də Kərim ağa Fateh olmuşdur.».

Ədəbiyyat

  1. Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005.
  2. Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.
  3. Abdullayev Ə. Kərim Ağa Şəkixanov — Fateh // Şəkinin XVIII-XIX əsr şairləri / Kamil Adışirinov. — Bakı: “Afpoliqraf” mətbəəsi, 2020. — Səhifələrin sayı:  160. — Səh.: 60. — 100 nüsx. — ISBN 978-9952-475-35-7.

Həmçinin bax

Şəkixanovlərin nəsil şəcərəsi

 
 
 
 
Fətəli xan
Məhəmmədhüseyn
xan oğlu
 
Xurşid xanım
(qubalı)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kərim ağanın
arvadı
(Mollazədələrdən)
 
 
 
Kərim ağa
Şəkixanov
 
 
 
 
 
Kərim ağanın
arvadı
(öz qulluqçusu)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əbdülhəmid
ağa
 
Mustafa ağa
Şəkixanov
 
İsmayıl ağa
 
Cəfər ağa
 
Məmməd ağa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fatma
 
Hüseyn ağa
 
Mahiyə
Kərim ağa qızı
Şəkixanova
 
Bəhram ağa
 
Əşrəf aga,
Hidayət aga,
Əbülfət ağa,
Telli və Güllü
 
Balacaxanım
 
İsmayıl Alıcanbəyov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əli (Fətəli) xan,
Hacı xan,
Cəmil xan
 
 
 
Cəfər Cəfərov
 
Zeynəb
 
 
 
Qönçə Qazıyeva
 
Lütfiyyə Mustafayeva
 
Veysəl Mustafayev
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
DilşadElşad (qadın)MəmləkətBəhramƏşrəfHidayətRahiləƏbülfət
 
Rauf və Fərid
 
 
HəmidNamiq