Kamal Kərimov — texnika elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Aşqar” Elmi İstehsalat Birliyinin direktoru.

Kamal Kərimov
Kərimov Kamal Teymur oğlu
Kamal Kərimov
Kamal Kərimov.
Doğum tarixi 29 iyul 1936 (1936-07-29) (87 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, “Aşqar” Elmi İstehsalat Birliyi (direktor)
Elmi dərəcəsi texnika elmləri namizədi
Təhsili Azərbaycan Sənaye İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)
Həyat yoldaşı Kərimova Ziba Ələkbər qızı
Uşaqları Kərimova Mehriban, Kərimova Hökumə və Hacıyeva Gülşən
Atası Kərimov Teymur Məmməd oğlu (1901–1942)
Anası Kərimova Məhbubə Şirəli qızı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı

Haqqında məlumatlar

29 iyul 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.

Əmək fəaliyyəti

AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Aşqar” Elmi İstehsalat Birliyinin direktorudur.

Elmi fəaliyyəti

“Çoxfunksiyalı ИХП-388 aşqarının alınma texnologiyasının işlənməsi və tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

32-xaricdə, 8-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla, çapdan çıxmış 55 elmi əsərin müəllifidir.

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 22-dir.

Təltif və mükafatları

Ailəsi

Atası Kərimov Teymur Məmməd oğlu 1901-ci ildə Bakıda anadan olmuşdur. İxtisasca həkim idi. 11 mart 1940-cı ildə orduya çağırılıb. Böyük Vətən müharibəsində 3 dərəcəli hərbi həkim rütbəsi ilə iştirak edib, lakin 1942-ci ildə itkin düşüb.

Anası Kərimova Məhbubə – Nuxada anadan olmuşdur, 1942-ci ildə Kirovabad (indiki Gəncə) şəhəri, Sabir küçəsi, ev 28 ünvanında yaşayırdı.

Ədəbiyyat

  1. Донесения о потерях : Киримов Теймур Мамед-оглы : [arx. 03.10.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 03.10.2021.
  2. Aşqarlar Kimyası İnstitutunun fəlsəfə doktorları : Kərimov Kamal Teymur oğlu : [arx. 03.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 03.10.2021.