Kamal Kərimov
Kamal Kərimov | |
---|---|
Kərimov Kamal Teymur oğlu | |
![]() | |
Kamal Kərimov. | |
Doğum tarixi | 29 iyul 1936 |
Doğum yeri |
Nuxa (indiki Şəki), ![]() ![]() ![]() |
Vətəndaşlıq |
![]() ![]() |
İş yeri | AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, “Aşqar” Elmi İstehsalat Birliyi (direktor) |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Təhsili | Azərbaycan Sənaye İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) |
Həyat yoldaşı | Kərimova Ziba Ələkbər qızı |
Uşaqları | Kərimova Mehriban, Kərimova Hökumə və Hacıyeva Gülşən |
Atası | Kərimov Teymur Məmməd oğlu (1901–1942) |
Anası | Kərimova Məhbubə Şirəli qızı |
Mükafatları |
![]() |
Kamal Kərimov — texnika elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Aşqar” Elmi İstehsalat Birliyinin direktoru.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
29 iyul 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Aşqar” Elmi İstehsalat Birliyinin direktorudur.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
“Çoxfunksiyalı ИХП-388 aşqarının alınma texnologiyasının işlənməsi və tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
32-xaricdə, 8-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla, çapdan çıxmış 55 elmi əsərin müəllifidir.
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 22-dir.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adı (2015).
Ailəsi[redaktə | HTML redaktə]
Atası Kərimov Teymur Məmməd oğlu 1901-ci ildə Bakıda anadan olmuşdur. İxtisasca həkim idi. 11 mart 1940-cı ildə orduya çağırılıb. Böyük Vətən müharibəsində 3 dərəcəli hərbi həkim rütbəsi ilə iştirak edib, lakin 1942-ci ildə itkin düşüb.
Anası Kərimova Məhbubə – Nuxada anadan olmuşdur, 1942-ci ildə Kirovabad (indiki Gəncə) şəhəri, Sabir küçəsi, ev 28 ünvanında yaşayırdı.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Донесения о потерях : Киримов Теймур Мамед-оглы : [arx. 03.10.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 03.10.2021.
- Aşqarlar Kimyası İnstitutunun fəlsəfə doktorları : Kərimov Kamal Teymur oğlu : [arx. 03.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 03.10.2021.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |