Kamran İbrahimxəlilov

Kamran İbrahimxəlilov — “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin (Şəki) keyfiyyətə nəzarət üzrə baş mütəxəssisi.

Kamran İbrahimxəlilov
İbrahimxəlilov Kamran Əvvəl oğlu
Kamran İbrahimxəlilov
Kamran İbrahimxəlilov, 2019-cu il.
Doğum tarixi 2 oktyabr 1977 (1977-10-02) (46 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, xalçaçı rəssam ixtisası (2001–2005)

Haqqında məlumatlar

2 oktyabr 1977-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

2001 – 2005-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında xalçaçı rəssam ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti

2007 – 2012-ci ilərdə C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında rəssam assistenti və dekor rəssamı və bir sıra özəl film studiyalarında, seriyalarda quruluşçu rəssam,

2013 – 2017-ci illərdə “ARB–Şəki” kanalında baş rəssam,

2018-ci ildən Şəkidə açılmış “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində təlimçi, baş təlimçi işləyib.

2019-cu ildən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində keyfiyyətə nəzarət üzrə baş mütəxəssis vəzifəsində çalışır.

Yaradıcılığından nümunələr

Video

Şəki Ensiklopediyasının tarixinə dair videolar