Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Kiş

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:K{{YM |status = kənd |azərbaycan dilində adı = Kiş |orijinal adı...' ilə yarat) tərəfindən edilmiş 18:38, 20 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Kənd
Kiş
Киш(Шеки).jpg
Kiş kəndinin mənzərəsi
Ölkə Azərbaycan
Region [[Şəki]]
Koordinatlar 41°15′N 47°11′30″E / 41.250°N 47.19167°E / 41.250; 47.19167 Map marker.svg41°15′N 47°11′30″E / 41.250°N 47.19167°E / 41.250; 47.19167Invalid arguments have been passed to the {{#coordinates:}} function
Əhalisi 7100 nəfər
Poçt indeksi AZ5516[1]
Kiş (Azərbaycan)
Red pog.png
Kiş (Şəki rayonu)
Red pog.png


KişAzərbaycan Respublikasının Şəki rayonunda kənd.

Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kiş çayının sahilində, dağətəyi ərazidədir. Qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının "Alban tarixi" əsərində adı Kis kimi çəkilir. Onun yazdığına görə, ilk xristian missionerlərindən biri olan Yenisey təqr. 74-cü ildə Uti vilayətinin Kis kəndinə gəlib kilsə tikmışdır. Bu, bütün Cənubi Qafqaz ərazisində ilk xristianlıq məbədi idi. Kilsə əvvəllər burada mövcud olmuş qədim sitayiş yerində tikilmişdır. Kiş fars dilində "kult, sitayiş yeri" mənasındadır. Erkən orta əsrlərdə Albaniyada (indiki İsmayıllı və Xocavənd rayonları ərazisində) Kiş adlı başqa obyektlər də qeydə alınmışdır[2].

Əhalisi

Kəndin əhalisi 7100 nəfər təşkil edir ki, onun da 3595 nəfəri kişi, 3505 nəfəri isə qadındır.

Coğrafi mövqeyi

Kiş kəndi Azərbaycan Respublikasının şimal-qərb zonasında yerləşən Şəki coğrafi rayonunun qədim kəndlərindən biridir. Kiş kəndi Şəki şəhərindən 5 km uzaqlıqda yerləşir. 7100 nəfər əhalisi olan kəndin ərazisi turizm üçün əlverişlidir. Münbit torpaqlara malik kənd ərazisində əkin-biçin işləri, adətən, həyətyanı sahələrdə bağçılıq və bostançılıqla aparılır. Dörd tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi "Tat" dağının ətəyində yerləşir. Öz mənbəyini Kiçik Qafqaz Sıra dağlarından götürən kəndin kənarından axan eyni adlı çay (Kiş çayı - Çox güman ki, indiki Kiş çayı o vaxtlar "Ağ su" adlanırmış. Mənbələrdə koordinatları o qədər də konkret göstərilməmiş "Ağ su dərəsi", yəni "Ağ su" adlı çayın mənbəyi". N.Şaminin və Ş.Ə.Yəzdinin "Zəfərnamə"lərindən) daşqın çayları sırasına daxildir. Meşə ilə əhatə olunan çay relyefinin mənzərəli görünüşü var. Kəndin və Şəki rayonun şirin su ehtiyatı məhz bu çayın hesabına ödənilir. Burada, əsasən, dəmyə əkinçiliyi olduğundan təkcə həyətyanı bağlarda və həyatyanı sahələrin suvarılmasında çayın suyundan istifadə edilir. Qış və yay vaxtlarında suyu azalan çay yaz aylarında əriyən buzların hesabına gurlaşıb ətrafa və kəndə xeyli ziyan verir. Təbii ehtiyatlar baxımından tikinti materialları ilə zəngindir. Bura əsasən daş, çınqıl və meşə materialları aiddir. Kənd gətirmə konusu landşaftına və meşə örtüyünə malikdir.

Tarixi

Kiş kəndində tapılan qədim əşyalar, həm də son dövrlərdə Azərbaycan - Norveç arxeoloqlarının Şəkinin Kiş kəndində apardıqları qazıntılar sübut etmişdir ki, albanlar xristianlığı ermənilərdən çox-çox əvvəl, SuriyaFələstindən gəlmiş missionerlərin təsiri ilə qəbul etmişdilər. Kəndin çay kənarında yerləşməsi onun qədim insan məskənlərindən birinə malik olmasına əyani bir sübutdur. Qaya daşlarında daşlaşan yosun və balıq qalıqlarının tapılması buranın arxeoloqlar tərəfindən hələ də tam araşdırılmadığına işarədir.Tarixi hələ tam arşdırılmayan kənd qədim toponim və abidələrlə zəngindir. "Kiş"- Əfqanıstan və İraqda bu növ adlara rast gəlinir hələ qədim dördə eradan əvvəl Mesopotamiya ərazisində Kiş adlı şəhər dövlətə rast gəlinir."Tamerlan talası" – Teymurləngin hücumları zamanı bu ərazilərdən keçməsinin sübutudur. Kiş çayının "Tamarçin" qolu – daha çox monqol hökmdarı Çingiz xanın (Temuçin) adı ilə bağlı toponimdir. "Xan yaylağı" və "Xan talası"- xanlıqlar dövründə xanların istirahət yerlərindən olmuşdur. Təsadüfi deyil ki, bu kəndin hazırki məhəllə adları qədimi toponimlərdən ibarətdir. "Maaflar" məhəlləsi (bütün vergilərdən azad olan, lakin buna görə dövlət sərhədlərini, dinc vaxt asayişi qoruyan təbəqənin adı), "Duluzlar" məhəlləsi (dulusçuların qədimi məhəllərindən biri buradakı sənətkarlar dulusçuluqla məşğul olurdular) və s. bu kənddə yerləşir. İndi də Duluzlar məhəlləsində qazıntılar zamanı qədimi saxsı qablara və digər tapıntılara rast gəlinir. Kiş kəndində dörd qala kompleksi mövcuddur: üçü işarə , biri isə müdafiə xarakterlidir. İşarəverici qalalar "Salayuşağı"məhəlləsində, "Maaflar məhəlləsi"ndə və "Duluzlar məhəlləsi"ndə yerləşir. "Gələsən-Görəsən" qalası ("Gəl – Gör – Get qalası və "mağaralıq " deyilən yer də, heç şübhəsiz bu şəhərdə (Şəkidə) idi. Əmir Teymurun Şəki ölkəsinə hücumlarından bəhs edilərkən, Şəki ölkəsinin o vaxtkı tarixi coğrafiyasına dair də az-çox məlumat verilmişdir. İbn Ərəbşahın "Əcaibül-məqdur fi nəvaib timur" əsərində isə Gəl–Gör–Get qalası və "mağaralıq"dan söhbət gedir ki, heç şübhəsiz, onların da hər ikisi bu ölkədə idi və birincisi Kiş çayının mənbəyi yaxınlığında yerləşən, indi "Gələsən-Görəsən" adı ilə tanınan qaladır!" ,yəni elə həmin ərazidə yerləşən indiki məşhur Gələsən-Görəsən qalası) müdafiə xarakterli olmuşdur. Digər mənbələrdə isə Nadir şahın hücumu zamanı qalanın müdafiəsini sarsıtmaq mümkün olmadığından Nadir şah əli boş İrana qayıdır. Ondan soruşanda ki, "Nəyə görə qalanı ala bilmədin?" Cavabında: "Gələrsən, görərsən!"- demişdir. Həmin qaladan xan sarayına tunel olduğu güman edilir. Qala nadır arxitektura quruluşuna malikdir. Hündürlükdə qayanın üstündə tikilən qalanın, üstündən neçə əsr keçdiyinə baxmayaraq, divarları möhkəm halda qalıb. Mənbələrdə əsasının IV əsrdə qoyulduğu ehtimal olunan Alban kilsəsi əvvəl tanrıçılıq məbədi kimi fəaliyyət göstərdiyi, lakin sonra, Albaniyada xristianlığın yayıldığı dövrdə xristian kilsəsi kimi fəaliyyət göstərdiyi qeyd edilir. Cənubi Qafqaz üzrə ən böyük dini mərkəzlərdən sayılırdı. Kilsə daxilində qazıntılar zamanı çoxlu qəbirlər aşkar edilmişdir. Gürcü mənbələrinə görə Kiş kəndinin əhalisi təxminən 10-cu əsrdə xristianlığı qəbul edib. Buradakı kilsədə ətraf ərazilərin yepiskopu fəaliyyət göstərirdi. Kəndin əhalisi 1720-ci illərdə İslamı qəbul edib, lakin Rusiya imperiyası bu əraziləri işğal etdikdən sonra burada aktiv olaraq xristianlaşdırma siyasəti apararaq kəndlilərin bəzisini yenidən xristianlığa qaytara bilmişdir. Buna baxmayaraq kəndin əhalisinin əksəriyyəti İslam dəyərlərinə sadiq qalmışdır.

Mədəniyyəti

Kiş məbədi

Kənddə çoxlu sayda qədim tikililər mövcuddur. Bunlardan ən məşhuru kiş məbədidir.[3]

Kiş məbədi Zaqafqaziyada ilk apostol kilsəsi hesab olunur.[4]

Əhalisi

Kəndin əhalisini türklər - 7050, ləzgilər - 50 nəfər təşkil edir.

Din

Kənddə Kiş kənd məscidi dini icması fəaliyyət göstərir[5].

Şəkilləri

Река Киш.jpg

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  3. Kiş məbədi (rusca)
  4. Kiş kəndindəki kilsə Cənubi Qafqazda ilk apostol kilsəsidir
  5. MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər. scwra.gov.az  (azərb.)

Vikianbarda Kiş ilə əlaqəli mediafayllar var.