MediaWiki:Kimyagər (roman)

(Kimyagər (roman) səhifəsindən yönləndirilmişdir)
Kimyagər
port. O Alquimista
Kimyagər.jpg
Müəllif: Paulo Koelyo
Janr: roman
Orijinalın dili: Portuqalca
Orijinal nəşr olunub: 1988
Tərcüməçi: Samir Bulut
Nəşriyyat: Qanun
Nəşr: 2011
Səhifə: 172 səhifə
Tiraj: 1000
ISBN 978-9952-26-270-4

Kimyagər (port. O Alquimista) — Braziliya yazıçısı Paulo Koelyonun romanı.

Süjet

Əsərdə Santyaqo adlı gəncin simasında insanın seçdiyi yol, heç bir çətinliyə baxmadan bu yolla getməyin yaranışın qayəsi olması əks olunub.

Əsərdə, Şərq fəlsəfi fikrində qırmızı xətlə keçən “vəhdəti-vücud” dünyagörüşünün bədii təcəssümü kimi, insanın təbiətin bir parçası olduğu canlı boyalarla işlənilib. Heç nəyin təsadüf olmaması, hər hadisənin, sözün, uğur və uğursuzluğun bir əlamət olması romanın qayəsini təşkil edir. İnsan bu əlamətləri anlayarsa və Öz Yolunu davam etdirərsə kainatın ona məqsədinə çatmaqda yardım etməsi əminliyi İslam fəlsəfəsinin “nə baş verirsə, insanın xeyrinədir” tezisi ilə üst-üstə düşür.

Ümumiyyətlə, inam və inadla həqiqətə çatmağın mümkünlüyünü ifadə edən “Kimyagər”də Şərq dünyagörüşü və həyata yanaşması işlənilib.

Müəllif böyük həqiqətləri bədii və canlı obrazların içində verdiyindən, roman çox oxunaqlıdır: geniş oxucu auditoriyasına hesablanan bu kiçik həcmli əsəri qızıl axtarışına çıxan Santyaqonun başına gələn macəralar, misi qızıla çevirməyi bacaran kimyagərlərin böyük elmi haqda bilgi, fövqəlqüvvələrin insan həyatında oynadığı rolu görmək kimi də, böyük fəlsəfi fikirlərin ifadəsi, insanın təbiət hadisəsinə çevrilməsinə qədər mükəmməlləşməsi, əsl sevgi romanı və s. kimi də oxumaq olur.

Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər.

"İnsanın yeganə həqiqi borcu - öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır..."

Xarici keçidlər

  • "Paulo Coelho Kimyagər" (azərb.). qanun.az. İstifadə tarixi: 2014-05-15.