Lütfəli Həsənov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) (Səhifəni 'Kateqoriya:L{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış şair və yazıçılarKateqor...' ilə yarat) tərəfindən edilmiş 03:13, 4 avqust 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Lütfəli Həsənov
Həsənov Lütfəli Əkbər oğlu
Lütfəli Həsənov
Lütfəli Həsənov
Doğum tarixi 10 may 1916(1916-05-10)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfatı 4 avqust 1977 (61 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ
İxtisası həkim
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutu (1932 – 1937)
İlk əsəri “Qızıl Bakı”, “Gecənin təranəsi” adlı şeirlər (“Ədəbiyyat” qəzeti, 1937)
Mükafatları "Qırmızı Ulduz" ordeni"Döyüş xidmətlərinə görə" medalı"Leninqradın müdafiəsinə görə" medalıŞablon:""1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Lütfəli Həsənov – dramaturq, 1957- ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Haqqında məlumatlar

10 may 1916-cı il tarixdə Nuxada, sənətkar ailəsində anadan olub.

Təhsili

1931-ci ildə Nuxa şəhərindəki yeddiillik məktəbi bitirib.

1932 – 1937-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1937 – 1939-cu illərdə, Ağdaş rayonunda iki il həkim işləyib.

1939 – 1947-ci illərdə sovet ordusunda həkim, şöbə müdiri kimi xidmət edib.

1953-cü ildən Nuxa rayon birləşmiş xəstəxanasında həkim işləyib.

Ədəbi yaradıcılığı

Ədəbi yaradıcılığa şeir və hekayə ilə başlayıb. İlk mətbu şeirləri “Qızıl Bakı” və “Gecənin təranəsi” adlı şeirləri 1937-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunub.

“Qardaş torpağı” adlı ilk pyesi isə “Azərbaycan” jurnalında çap olunub. “Günəş” adlı pyesi 1957-ci ildə Kirovabad Dram Teatrında tamaşaya qoyulub. daha sonra “İki imtahan” (1960), “Bizim iş təcrübəmiz” (1967), “Ürəklə söhbət” (1971), Zaman və insan ömrü (1972) və s. əsərləri çap olunub.

Vəfatı

4 avqust 1976-cı il tarixdə Şəkidə vəfat edib.

Təltif və mükafatları

Ədəbiyyat

    • MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ (2016). "2016-Cİ İL ÜÇÜN ƏLAMƏTDAR VƏ TARİXİ GÜNLƏR TƏQVİMİ" (PDF). www.azkurs.org (azərb.). www.azkurs.org. 155. 30 May 2017 – 21 Jan 2020 tarixində arxivləşdirilib.