Lütfəli Həsənov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 21:55, 20 aprel 2021 tarixli redaktə
Lütfəli Həsənov
Həsənov Lütfəli Əkbər oğlu
Lütfəli Həsənov
Lütfəli Həsənov.
Doğum tarixi 10 may 1916(1916-05-10)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfatı 4 sentyabr 1976 (60 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan SSR, SSRİ
Dəfn yeri Çöl qəbiristanlığı, Şəki
Vətəndaşlığı SSRİ
İxtisası həkim
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutu (1932–1937)
İlk əsəri “Qızıl Bakı”, “Gecənin təranəsi” adlı şeirlər (“Ədəbiyyat” qəzeti, 1937)
Mükafatları "Qırmızı Ulduz" ordeni"Döyüş xidmətlərinə görə" medalı"Leninqradın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Lütfəli Həsənov (1916–1976) — həkim, yazıçı və dramaturq, 1953 – 1976-cı illərdə Nuxada/Şəkidə həkim – terapevt işləmiş və eyni vaxtda Sanitariya Maarif Evinin müdiri olmuşdur. 2016-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tabeliyindəki müəssisələrdə 100 illik yubileyi qeyd olunub.

Haqqında məlumatlar

10 may 1916-cı il tarixdə Nuxada, sənətkar ailəsində anadan olub.

Təhsili

1931-ci ildə Nuxada yeddiillik məktəbi bitirib.

1932 – 1937-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1937 – 1939-cu illərdə, Ağdaş rayonunda iki il həkim işləyib.

1939 – 1947-ci illərdə sovet ordusunda həkim kimi xidmət edib, o cümlədən, hərbi qospitalda şöbə müdiri vəzifəsində çalışıb.

1953 – 1976-cı illərdə Nuxada/Şəki şəhər xəstəxanasının daxili xəstəliklər şöbəsində həkim-terapevt işləyib və eyni zamanda Sanitariya Maarif Evinin müdiri olub.

Məhkumluğu

1947-ci ildə antisovet təbliğatında günahlandırılaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.

Yaradıcılığı

Ədəbi yaradıcılığa şeir və hekayələrlə başlayıb. “Qızıl Bakı” və “Gecənin təranəsi” adlı şeirləri 1937-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunub.

Qələmə aldığı hekayələrdən bir çoxu “Nuxa fəhləsi” qəzetində dərc olunub. O, həm də uzun illər bu qəzetin redaksiyasının nəzdində fəaliyyət göstərən “Səbuhi” ədəbi məclisinə də rəhbərlik edib.

1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib.

1956-cı ildə “Qardaş torpağı” adlı ilk pyesi “Azərbaycan” jurnalının 6-cı nömrəsində çap olunub.

1959 – 1965-ci illər arasında həmmüəllifi olduğu (Hüseyin Rəsulovla birlikdə) “Bağışla məni, əzizim” pyesi Məmmədkəbir Hacıoğlunun rejissorluğu ilə Nuxa Xalq Teatrında,

1957-ci ildə “Günəş” adlı pyesi Kirovabad Dövlət Dram Teatrında tamaşaya qoyulub.

Sonrakı illərdə “Qara eynəkli adam”, “İntiqam”, “Dayaqsız adam”, “Baş həkim”, yaxud “O qayıdacaqmı?”, “Okeanın o tayında” adlı dram əsərlərini qələmə alıb, lakin birincisi istisna olmaqla, digərləri çap edilməyib. Bu əsərlərində Nuxa həkimlərinin həyatı, xalqlar dostluğunun tərənnümü, müharibəyə nifrət hissi, vətənpərvərlik və s. mövzular ön plana çəkilmişdir.

Şeir və dram əsərlərindən başqa, Lütfəli Həsənovun 1971-ci ildə “Ürəklə söhbət” adlı yaddaşı, 1967-ci ildə isə “Bizim iş təcrübəmiz” adlı metodik materialları da çap olunub.

Vəfatı

4 sentyab 1976-cı il tarixdə – 60 yaşında, Şəkidə vəfat edib. Çöl qəbiristanlığında dəfn olunub.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Mete Ə. Həkim yazıçı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 346 – 348. — 500 nüsx.
  2. MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ (2016). "2016-Cİ İL ÜÇÜN ƏLAMƏTDAR VƏ TARİXİ GÜNLƏR TƏQVİMİ" (PDF). www.azkurs.org (azərb.). www.azkurs.org. 155. 30 May 2017 – 21 Jan 2020 tarixində arxivləşdirilib.
  3. Kamil Adışirinov (21.02.2014). ""Baş həkim" pyesini yazan həkim". shrem.io.ua (azərb.). shrem.io.ua. 26 Mar 2015 tarixində arxivləşdirilib.
  4. Orsər R. Lütfəli Həsənov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 233 – 235. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  5. Adışirinov K. Yaqub Mahirin poetik irsi (dövrü, mühiti həyatı və yaradıcılığı) // [1] / AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: “Elm və təhsil”, 2020. — Səhifələrin sayı:  353. — Səh.: 29 – 30, 43. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 aprel 2021.

Şablon:Yaxşı məqalə