Lütfəli Həsənov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Lütfəli Həsənov
Həsənov Lütfəli Əkbər oğlu
Lütfəli Həsənov
Lütfəli Həsənov.
Doğum tarixi 10 may 1916(1916-05-10)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfatı 4 sentyabr 1976 (60 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan SSR, SSRİ
Dəfn yeri Çöl qəbiristanlığı, Şəki
Vətəndaşlığı SSRİ
İxtisası həkim
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutu (1932–1937)
İlk əsəri “Qızıl Bakı”, “Gecənin təranəsi” adlı şeirlər (“Ədəbiyyat” qəzeti, 1937)
Mükafatları "Qırmızı Ulduz" ordeni — 1945"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945"Döyüş xidmətlərinə görə" medalı"Leninqradın müdafiəsinə görə" medalı

Lütfəli Həsənov (1916–1976) — həkim, yazıçı və dramaturq, Şəki Sanitariya Maarif Evinin müdiri.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

10 may 1916-cı il tarixdə Nuxada (indiki Şəki), sənətkar ailəsində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1931-ci ildə Nuxada yeddiillik məktəbi bitirib.

1932 – 1937-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1937 – 1939-cu illərdə, Ağdaş rayonunda iki il həkim işləyib.

1939 – 1947-ci illərdə sovet ordusunda həkim kimi xidmət edib, o cümlədən, hərbi qospitalda şöbə müdiri vəzifəsində çalışıb.

1953 – 1976-cı illərdə Nuxada/Şəki şəhər xəstəxanasının daxili xəstəliklər şöbəsində həkim-terapevt işləyib və eyni zamanda Sanitariya Maarif Evinin müdiri olub.

Hərbi rütbəsi[Vizual redaktə | HTML redaktə]

Böyük Vətən müharibəsinin (1941–1945) sonunda tibb xidməti kapitanı hərbi rütbəsinə malik idi.

Məhkumluğu[Vizual redaktə | HTML redaktə]

1947-ci ildə antisovet təbliğatında günahlandırılaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.

Yaradıcılığı[Vizual redaktə | HTML redaktə]

Ədəbi yaradıcılığa şeir və hekayələrlə başlayıb. “Qızıl Bakı” və “Gecənin təranəsi” adlı şeirləri 1937-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunub.

Qələmə aldığı hekayələrdən bir çoxu “Nuxa fəhləsi” qəzetində dərc olunub. O, həm də uzun illər bu qəzetin redaksiyasının nəzdində fəaliyyət göstərən “Səbuhi” ədəbi məclisinə də rəhbərlik edib.

1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib.

1956-cı ildə “Qardaş torpağı” adlı ilk pyesi “Azərbaycan” jurnalının 6-cı nömrəsində çap olunub.

1959 – 1965-ci illər arasında həmmüəllifi olduğu (Hüseyin Rəsulovla birlikdə) “Bağışla məni, əzizim” pyesi Məmmədkəbir Hacıoğlunun rejissorluğu ilə Nuxa Xalq Teatrında,

1957-ci ildə “Günəş” adlı pyesi Kirovabad Dövlət Dram Teatrında tamaşaya qoyulub.

Sonrakı illərdə “Qara eynəkli adam”, “İntiqam”, “Dayaqsız adam”, “Baş həkim”, yaxud “O qayıdacaqmı?”, “Okeanın o tayında” adlı dram əsərlərini qələmə alıb, lakin birincisi istisna olmaqla, digərləri çap edilməyib. Bu əsərlərində Nuxa həkimlərinin həyatı, xalqlar dostluğunun tərənnümü, müharibəyə nifrət hissi, vətənpərvərlik və s. mövzular ön plana çəkilmişdir.

Şeir və dram əsərlərindən başqa, Lütfəli Həsənovun 1971-ci ildə “Ürəklə söhbət” adlı yaddaşı, 1967-ci ildə isə “Bizim iş təcrübəmiz” adlı metodik materialları da çap olunub.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Vəfatı[Vizual redaktə | HTML redaktə]

4 sentyabr 1976-cı il tarixdə – 60 yaşında, Şəkidə vəfat edib. Şəkidə Çöl qəbiristanlığında dəfn olunub.

Xatirəsi[Vizual redaktə | HTML redaktə]

2016-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tabeliyindəki müəssisələrdə 100 illik yubileyi qeyd edilib.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Гасанов Лютфале Акперович : [arx. 03.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 03.09.2021.
  2. Mete Ə. Həkim yazıçı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 346-348. — 500 nüsx.
  3. MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ (2016). "2016-Cİ İL ÜÇÜN ƏLAMƏTDAR VƏ TARİXİ GÜNLƏR TƏQVİMİ" (PDF). www.azkurs.org (azərb.). www.azkurs.org. 155. 30 May 2017 – 21 Jan 2020 tarixində arxivləşdirilib.
  4. Kamil Adışirinov (21.02.2014). ""Baş həkim" pyesini yazan həkim". shrem.io.ua (azərb.). shrem.io.ua. 26 Mar 2015 tarixində arxivləşdirilib.
  5. Orsər R. Lütfəli Həsənov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 233-235. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  6. Adışirinov K.F. (kitaba keçid) // Yaqub Mahirin poetik irsi (dövrü, mühiti, həyatı və yaradıcılığı) / AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2020. — Səhifələrin sayı:  353. — Səh.: 29 – 30, 43. — ISBN 978-9952-8175-0-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 aprel 2021.