Ləman Cəlilova — Massaçusets Texnologiya İnstitutunun (Kembric şəhəri, Massaçusets ştatı, ABŞ) tələbəsi.

Ləman Cəlilova
Cəlilova Ləman Natiq qızı
Ləman Cəlilova
Ləman Cəlilova.
Doğum tarixi 5 noyabr 2001 (2001-11-05) (22 yaş)
Doğum yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Natiq Qurban oğlu Cəlilov
Təhsili

 • Fransız-Azərbaycan Universiteti (UFAZ), kimya mühəndisliyi ixtisası (2018–)

 • Massaçusets Texnologiya İnstitutu (2022–)

Haqqında məlumatlar

5 noyabr 2001-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

2007 – 2018-ci illərdə Bakı şəhər 6 saylı məktəb-liseyində təhsil alıb; məktəb-liseyi qızıl medalla bitirib.

2018-ci ildə Fransız-Azərbaycan Universitetində (UFAZ) kimya mühəndisliyi ixtisası üzrə təhsil almağa başlayıb.

2022-ci ildə Massaçusets Texnologiya İnstitutuna (Kembric şəhəri, Massaçusets ştatı, ABŞ) tam təqaüdlə qəbul olunub.

Digər

Orta təhsil alarkən “Xəmsə” Milli İntellektual Oyununda və “Nə? Harada? Nə zaman?” İntellektual Oyununda iştirak edib və həmin yarışmalarda onun təmsil olunduğu komanda birinci olub. O cümlədən, 9-cu sinifdə oxuyarkən “Sabahın Alimləri” müsabiqəsində ikinci yeri tutub. Avropa Gənclər Parlamenti Azərbaycan ictimai birliyinin idarə heyəti üzvüdür. Formula1, UNESCO, Beynəlxalq Gimnastika Federasiyası və s. kimi təşkilatlar tərəfindən keçirilən tədbirlərdə könüllü kimi iştirak edib. 2021-ci ildən etibarən UFAZ tələbə birliyinin Prezidenti kimi fəaliyyət göstərib. “Act In Space” və “Gender Bərabərliyi” hakatonlarında birinci yeri tutub. “BP Skills Refinery” layihəsinin qalibi seçilərək 2019-cu ildə gənclər üçün təşkil olunan ən irimiqyaslı sammitdə – “One Young World Summit London” tədbirində iştirak etmək hüququ qazanıb. Azərbaycan, rus, türk, ingilis, fransız və alman dillərini bilir, boş vaxtlarında pianoda ifa etməyə, rəsm çəkməyə və proqramlaşdırma ilə məşğul olmağa üstünlük verir.

Ailəsi

Atası Natiq Cəlilov Şəkidən çıxmış görkəmli alimlərdən biri olan akademik Qurban Cəlilovun oğludur, 2004-cü ildə avtomobil qəzasında həlak olmuşdur.

Kiçik bacısı Arzu Cəlilova isə bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının (Moskva, Rusiya Federasiyası, 2019-cu il) gümüş və bürünc, Avropa Çempionatının (Quadalaxara, İspaniya, 2018-ci il) bürünc medalçısıdır.

Ədəbiyyat

  1. UFAZ-ın tələbəsi Massaçusets Texnologiya İnstitutuna tam təqaüdlə qəbul olub : [arx. 07.04.2022] // AZƏRTAC. — 2022. — 29 mart. — Müraciət tarixi: 07.04.2022.
  2. Ləman Cəlilova : [arx. 07.04.2022] // Azerbaijan Science Association (ASA). — Müraciət tarixi: 07.04.2022.

Videolar