Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

"Lalə Hüseynova" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 43: Sətir 43:
 
1980-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini əla attestatla,  
 
1980-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini əla attestatla,  
  
1985-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakultəsini fərqlənmə diplomu ilə bitirib.
+
1985-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsini fərqlənmə diplomu ilə bitirib.
  
===Əmək fəaliyyəti===
 
===Əmək fəaliyyəti===
Sətir 78: Sətir 78:
 
1985-ci ildən etibarən müxtəlif illərdə televiziyada 100-ə yaxın  musiqi verlişlərinin – “Xaqani, 27 – Azərbaycan Bəstəkarlar İttifaqından”, “Opera musiqisinin şedevrləri”, “Bəstəkar və ifaçılarımızın portreti”, “Azərbaycan musiqisində qəhrəmanlıq mövzusu”, “Kino və musiqi”, “Musiqi xəzinəsi”, “Musiqili ekran” verlişlərinin müəllifi və aparıcısı olub. Mütəmadi olaraq konsert və musiqi gecələrində ön sözlə çıxış edir.
 
Azərbaycanda və  xaricdə keçirilən elmi konfranslarda və simpoziumlarda, festival və müsabiqələrdə, o cümlədən, Rusiya (Moskva–2005, 2019, Kazan–2014,  Ufa–2018), Gürcüstan (2006, 2016), Özbəkistan (2007, 2013, 2015, 2018), Moldova (2009), Kanada (2011), Ukrayna (2012), Hindistan (2015), Qazaxstan (2012, 2015, 2018, 2021), Fransa (2019), Türkmənistan (2019),  Almaniya (2019),  Bakıda keçirilən beynəlxalq elmi simpoziumlarda (2013, 2015, 2016, 2017, 2018, 2021), elmi məruzə və təqdimatlarla, habelə münsif qismində  iştirak edib.
+
Azərbaycanda və  xaricdə keçirilən elmi konfranslarda və simpoziumlarda, festival və müsabiqələrdə, o cümlədən, Rusiya (Moskva–2005, 2019, Kazan–2014,  Ufa–2018), Gürcüstan (2006, 2016), Özbəkistan (2007, 2013, 2015, 2018), Moldova (2009), Kanada (2011), Ukrayna (2012), Hindistan (2015), Qazaxıstan (2012, 2015, 2018, 2021), Fransa (2019), Türkmənistan (2019),  Almaniya (2019),  Bakıda keçirilən beynəlxalq elmi simpoziumlarda (2013, 2015, 2016, 2017, 2018, 2021), elmi məruzə və təqdimatlarla, habelə münsif qismində  iştirak edib.
  
===Təltif və mükafatları===
 
===Təltif və mükafatları===

18:53, 23 oktyabr 2021 versiyası

Lalə Hüseynova
Hüseynova Lalə Şirməmməd qızı
Lalə Hüseynova
Lalə Hüseynova.
Şəxsi məlumatlar
Doğum tarixi 20 oktyabr 1962(1962-10-20)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Atası Şirməmməd Hüseynov
Anası Ülkər Hüseynova

Təhsili Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, tarix-nəzəriyyə fakültəsi (1980–1985)
Elmi dərəcəsi sənətşünaslıq elmləri namizədi
Elmi adı professor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı

Lalə Hüseynova — tanınmış musiqişünas-pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru və konservatoriyanın elmi işlər üzrə prorektoru.

Haqqında məlumatlar

20 oktyabr 1962-ci il tarixdə Bakıda, ziyalı ailəsində anadan olub.

Təhsili

1980-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini əla attestatla,

1985-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyəti

1985 – 2014-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqında çalışıb; o cümlədən, əvvəl bir müddət baş məsləhətçi,

2002 – 2012-ci illərdə məsul katib,

2012 – 2014-cü illərdə katib vəzifəsini tutub.

2015-ci ildən Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektordur.

İkinci iş yerləri

2005 – 2015-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında türk xalqlarının musiqisi, mənbəşünaslıq, ixtisas fənlərindən dərs deyib; o cümlədən,

2008-ci ildən kafedranın dosenti olub.

2006 – 2018-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin estetika kafedrasında dünya musiqi mədəniyyətinin tarixi fənni üzrə baş müəllim vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

2005-ci ildə “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Bəstəkarlar İttifaqının rolu və əhəmiyyəti” mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru adını alıb.

3 kitabın, 2 dərslik və bir sıra dərs vəsaitlərinin müəllifidir. Dövri-mətbuatda, o cümlədən, bir sıra nüfuzlu jurnallarda və veb-saytlarda 100-dən çox elmi və elmi-publisistik məqaləsi dərc olunub.

“Konservatoriya” elmi jurnalının baş redaktorudur.

İctimai aktivliyi

1987-ci ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü,

1990 – 2019-illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub.

YUNESKO-nun Ənənəvi Musiqi Üzrə Beynəlxalq Şurasının “Tükdilli xalqların musiqisi” qrupunun üzvüdür.

Digər

1985-ci ildən etibarən müxtəlif illərdə televiziyada 100-ə yaxın musiqi verlişlərinin – “Xaqani, 27 – Azərbaycan Bəstəkarlar İttifaqından”, “Opera musiqisinin şedevrləri”, “Bəstəkar və ifaçılarımızın portreti”, “Azərbaycan musiqisində qəhrəmanlıq mövzusu”, “Kino və musiqi”, “Musiqi xəzinəsi”, “Musiqili ekran” verlişlərinin müəllifi və aparıcısı olub. Mütəmadi olaraq konsert və musiqi gecələrində ön sözlə çıxış edir.

Azərbaycanda və xaricdə keçirilən elmi konfranslarda və simpoziumlarda, festival və müsabiqələrdə, o cümlədən, Rusiya (Moskva–2005, 2019, Kazan–2014, Ufa–2018), Gürcüstan (2006, 2016), Özbəkistan (2007, 2013, 2015, 2018), Moldova (2009), Kanada (2011), Ukrayna (2012), Hindistan (2015), Qazaxıstan (2012, 2015, 2018, 2021), Fransa (2019), Türkmənistan (2019), Almaniya (2019), Bakıda keçirilən beynəlxalq elmi simpoziumlarda (2013, 2015, 2016, 2017, 2018, 2021), elmi məruzə və təqdimatlarla, habelə münsif qismində iştirak edib.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Hüseynova Lalə // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 176-177. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. [url=http://konservatoriya.az/?p=537 Hüseynova lalə] : [arx. 23 Mar 2018 - 17 Jan 2021] // “Konservatoriya” jurnalı. — Müraciət tarixi: 23.10.2021.