Larisa Məmmədova (1977–1990) — 20 yanvar faciəsində (Bakı, 1990) şəhid olmuş məktəbli qız.

Larisa Məmmədova
Məmmədova Larisa Fərman qızı
Larisa Məmmədova
Larisa Məmmədova.
Doğum tarixi 11 avqust 1977(1977-08-11)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 20 yanvar 1990 (12 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat səbəbi güllə yarasından şəhid olub
Dəfn yeri Şəhidlər xiyabanı, Bakı
Atası Fərman Məmmədov
Anası Qalina Məmmədova
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti azərbaycanlı
Təhsili Bakı şəhər 134 nömrəli orta məktəb, 7-ci sinif

Haqqında məlumatlar

11 avqust 1977-ci il tarixdə Bakıda anadan olub.

20 yanvar 1990-cı il tarixi ərəfəsində Bakı şəhər 134 nömrəli orta məktəbinin 7-ci sinfində oxuyurdu. Həmçinin musiqi təhsili də alırdı və tikmə-toxuma sənətini də öyrənirdi.

Şəhid olması

1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda atası ilə atasının iş yerindən axırıncı avtobusla evlərinə qayıdarkən “Gənclik” metrosunun yaxınlığındakı dayanacaqda adamlar avtobusa doluşaraq sürücüdən tələb ediblər ki, avtobusu Leytenant Şmidt adına Bakı Maşınqayırma Zavoduna tərəf sürsün. Avtobus Bədən Tərbiyəsi İnstitutunun yanından ötüb Leytenant Şmidt adına Bakı Maşınqayırma Zavoduna yaxınlaşarkən atəşə tutulub. Bu zaman Larisa Məmmədova – 12 yaşında, güllə yarasından şəhid olub, atası isə yaralanıb.

Ailəsi

Atası Fərman Məmmədov Şəki rayonunun Qayabaşı kəndində anadan olub. Orada orta təhsil aldıqdan sonra təhsilini Ukraynanın Donetsk şəhərindəki milis məktəbində davam etdirib, həmçinin qiyabi yolla politexnik institutunu da bitirib. Bir neçə il Donetsk, Perm şəhərlərindəki milis məktəblərində idman müəllimi işləyib, sonra sahə müvəkkili, həbsxana rəisi vəzifələrində çalışıb. Ukraynada Qalina adlı ukraynalı qızla evləndikdən bir müddət sonra isə ailəsi ilə birlikdə Bakıya köçüb və Bakıdakı 2 nömrəli avtobus parkında mexanik işləməyə başlayıb. Bakıda onun Larisadan başqa Nərminə adlı daha bir qızı və Emil adlı oğlu da anadan olub.

Xatirəsi

Bakı şəhərində bir küçəyə adı verilib. Bəxtiyar Vahabzadə Larisa haqqında “On üç yaşlı körpə bala” adlı aşağıdakı şeirini yazıb:

On üç yaşlı körpə bala,
Yazıq anan necə dözsün
Bu kədərə, bu məlala?
Məzarının baş ucunda kuklan da var.
Bu gün layla çalmalıykən sən kuklana,
Kuklan sənə laylay çalar.
Sən özün də kukla idin.
Bu dünyanın əvvəlini, axırını
Heç bilmədin.
Kim kuklaya güllə atar?
Atan oldu…

— "On üç yaşlı körpə bala", Bəxtiyar Vahabzadə

Ədəbiyyat

  1. Mete Ə. Şəkilidir: Yaralı ata, şəhid qız // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 450-53. — 500 nüsx.
  2. Mete Ə. Çiçəklər mənim kimi solmasın // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 453–461. — 500 nüsx.