Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Loğman Əbdülkərimli

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 14:40, 1 sentyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Loğman Əbdülkərimov
Əbdülkərimli Loğman Şəfaət oğlu
Loğman Əbdülkərimov
Loğman Əbdülkərimli, 2019-cu il.
Doğum tarixi 22 mart 1939 (1939-03-22) (82 yaş)
Doğum yeri Baş Küngüt, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
İş yeri Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Elmi adı dosent
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1957 – 1962)

Azərbaycan SSR EA Riyaziyyat və Mexanika İnstitutu, aspirantura (1962 – 1965)
Elmi rəhbəri akad. Z.İ.Xəlilov və prof. C.Y.Yaqubov

Loğman Əbdülkərimli — alim-pedaqoq, fizika-riyaziyyat elmləri namizədi, dosent; 1969-cu ildən Azərbaycan Pedaqoji İnstitutunda işləyir, o cümlədən, 1992 – 2000-ci illərdə bu institutun cəbr və həndəsə kafedrasının müdiri olub.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

22 mart 1939-cu il tarixdə Nuxa rayonunun Baş Küngüt kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1946 – 1956-cı illərdə Nuxa şəhərindəki əvvəl 12 saylı, sonra isə 10 saylı məktəbdə oxuyub.

1957 – 1962-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində,

1962 – 1965-ci illərdə Azərbaycan SSR EA Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1961-ci ildə Azərbaycan SSR EA Riyaziyyat və Mexanika İnstitutunda laborant,

1965 – 1968-ci illərdə isə elmi işçi olub.

1969 – 1974-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun riyazi analiz kafedrasında,

1974 – 1978-ci illərdə həmin institutun cəbr və ədədlər nəzəriyyəsi kafedrasında baş müəllim vəzifəsində işləmiş,

1978-ci ildən dosent vəzifəsinə keçirilmiş,

1992 – 2000-ci illərdə isə həm də kafedranın müdiri olmuşdur.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1967-ci ildə akademik Z.İ.Xəlilov və professor C.Y.Yaqublunun rəhbərliyi ilə “Difer Banax fəzasında diferensial-operatorla tənliklər üçün bəzi məsələlərin həlli” adlı mövzuda namizədlik dissertasiyasını müdafiə edib.

1978-ci ildə dosent elmi adını alıb.

70-dən çox elmi-metodik əsərin (14-ü xaricdə çap olunub) müəllifidir.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  • Məmmədov Ə., Xalıqov F. Əbdülkərimli Loğman // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 73-74. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  • "Əbdülkərimli Loğman Şəfaət oğlu". https://www.adpu.edu.az/ (azərb.). Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi internet saytı. 23 Sep 2020 tarixində arxivləşdirilib.