Lütfəli Məmmədov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 22:41, 16 iyun 2022 tarixli redaktə
Lütfəli Məmmədov
Məmmədov Lütfəli Əliheydər oğlu
Lütfəli Məmmədov
Lütfəli Məmmədov, 1980-cı il.
Şəxsi məlumatlar
Doğum tarixi 14 avqust 1919(1919-08-14)
Doğum yeri Nuxa (indiki Şəki), Şəki qəzası, Gəncə quberniyası, Azərbaycan Cümhuriyyəti
Vəfat tarixi 25 mart 1994 (74 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Dəfn yeri Dodu qəbiristanlığı
Peşəsi xanəndə
Həyat yoldaşı Gözəl Habil qızı
Uşaqları Məlahət Səfərova, Yaqut Məmmədova
Atası Əliheydər
Anası Əzət

Mükafatları I dərəcəli "Vətən Müharibəsi" ordeni — 1985

Lütfəli Məmmədov (1919–1994) — tanınmış muğam ifaçısı və zil səsə malik olmuş ustad xanəndə; “Segah”, “Rast”, “Mahur”, “Şahnaz” muğamlarının, “Heyratı”, “Arazbarı”, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi” ritmik muğamlarının, “Nəbi”, “Gül açdı”, “Bəh-bəh”, “Sona bülbüllər” xalq mahnılarının əvəzsiz ifaçılarından biri hesab edilirdi.

Haqqında məlumatlar

14 avqust 1919-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Hərbi xidmətdə

1941-ci ildə hərbi xidmətə çağırılıb və döyüşlərdə yaralanıb.

1945-ci ildə Sovet Ordusundan tərxis olunub.

Əmək fəaliyyəti

1945-ci ildə Sovet Ordusundan tərxis olunduqdan sonra Nuxadakı 1 №-li əyirici fabrikdə işləyib.

Sonralar əmək fəaliyyətini Nuxa/Şəki şəhər mədəniyyət evində davam etdirib.

Xanəndəlik fəaliyyəti

Uşaq yaşlarından muğamata həvəsi sayəsində Yunis Qarabağlıdan dərs alıb və kütləvi bayram tədbirlərində, el şənliklərində muğam, təsnif və xalq mahnıları oxuyub. Nuxadakı 1 №-li əyirici fabrikdə işləyərkən isə Lenin adına Nuxa ipək kombinatının klubunda fəaliyyət göstərən bədii özfəaliyyət dərnəyinin üzvü olub.

Təltif və mükafatları

  • I dərəcəli “Vətən Müharibəsi ordeni” (1985);
  • SSRİ-nin digər bir sıra orden və medalları ilə təltif olunub, həmçinin respublika əhəmiyyətli tədbirlərdə fəal iştirakına görə isə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin və Respublika Xalq Yaradıcılığı evinin diplom və fəxri fərmanları, qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

Vəfatı

25 mart 1994-cü il tarixdə – 74 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Мамедов Нутфали Алигейдар-оглы : Документы о награждении : [arx. 15.08.2021] : [rus.] // Память народа (Министерство обороны Российской Федерации). — Müraciət tarixi: 15.08.2021.
  2. Təhmirazqızı S. Lütfəli Məmmədov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 198. — 300 nüsx.