Mövlud Teymurov — coğrafiya üzrə fəlsəfə doktoru, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi.

Mövlud Teymurov
Teymurov Mövlud Əsədulla oğlu
Mövlud Teymurov
Mövlud Teymurov.
Doğum tarixi 9 iyun 1967 (1967-06-09) (56 yaş)
Doğum yeri Aşağı Göynük, Nuxa rayonu (indiki Şəki rayonu), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi coğrafiya
İş yeri AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu (aparıcı elmi işçi)
Elmi dərəcəsi coğrafiya üzrə fəlsəfə doktoru
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti/M.Rəsulzadə adına Bakı Dövlət Universiteti, coğrafiya fakültəsi, hidrologiya ixtisası (1985–1991)

Haqqında məlumatlar Redaktə

9 iyun 1967-ci il tarixdə Nuxa rayonunun Aşağı Göynük kəndində anadan olub.

Təhsili Redaktə

1975 – 1985-ci illərdə Aşağı Göynük kənd orta məktəbində,

1985 – 1991-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin/M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində təhsil alıb.

1993 – 1997-ci illərdə AMEA Coğrafiya İnstitutun aspiranturasında qiyabi təhsil alıb.

Əmək fəaliyyəti Redaktə

1991-ci ildə AMEA Coğrafiya İnstitutunun hidrologiya şöbəsinə işə qəbul edilib;

1991-ci ildən kiçik elçi işçi,

1999-cu ildən elmi işçi,

2013-cü ildən böyük elmi işçi,

2016-ci ildən isə aparıcı elmi işçi vəzifəsini tutub.

Elmi fəaliyyəti Redaktə

1999-cu ildə “Kiçik Qafqaz çaylarının su ehtiyatlarının hesablanma metodikası və onların qiymətləndirilməsi (Azərbaycan daxilində)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

43-dən çox elmi əsərin müəllifidir.

Ədəbiyyat Redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Teymurov Mövlud // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 544-545. — 1.000 nüsx.
  2. Haqverdiyev H.T., Həsənov M .S., Məmmədova E.T. Teymurov Mövlud Əsədulla oğlu // Azərbaycanın coğrafiyaçı alimləri. — Azərbaycan МЕA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. — Bakı: Elm, 2013. — Səhifələrin sayı:  204. — Səh.: 191 – 192. — 300 nüsx. — ISBN 978-9952-453-15-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Mar 2018 - 30 Jan 2020.
  3. "Coğrafiya İnstitutunun fəlsəfə doktorları/Teymurov Mövlud Əsədulla oğlu". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 31 Jul 2017 – 1 Dec 2020 tarixində arxivləşdirilib.