Mövsüm Salamov (1905–1985) — Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyinin ilk direktoru.

Mövsüm Salamov
Salamov Mövsüm Əsgər oğlu
Mövsüm Salamov
Mövsüm Salamov.
Doğum tarixi 1905(1905-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1985(1985-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (80 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşları Sara Aşurbəyli, Mariya Qorban, Şəfiqə Bağbanlı
Atası Əsgər Salamov
Anası Mariyə Salamova
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti azərbaycanlı
İxtisası şərqşünas
Təhsili

 • Azərbaycan Dövlət Universiteti, şərq fakültəsi (1926–1930)

 • Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunu, aspirantura (1930–1932)
Mükafatları "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1978
Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı"Əmək veteranı" medalı

Haqqında məlumatlar

1905-ci ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1920-ci ildə Nuxada – molla məktəbində, ibtidai təhsilini bitirib.

1920 – 1922-ci illərdə Nuxada – yeni təşkil edilmiş gecə məktəbində,

1922 – 1926-cı illərdə Bakıdakı Fəhlə Fakültəsində (Rabfak),

1926 – 1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsində,

1930 – 1932-ci illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1917-ci ildən – 12 yaşından, atasının dəmirçi emalatxanasında işləməyə başlayıb.

Tələbə ikən – 1929-cu ildə, Azərbaycanı tədqiq və təəbbö cəmiyyətinə işə götürülüb.

1934 – 1937-ci illərdə Azərbaycan Dövlət Muzeyinin/Azərbaycan Tarixi Muzeyinin direktoru vəzifəsində çalışıb.

Həbs müddəti bitdikdən sonra Komi MSSR-də sürgündə olarkən, kərpic zavodunda əvvəlcə fəhlə, sonra baş usta, daha sonra sex rəisi və nəhayət, baş direktor vəzifəsində işləyib.

1960-cı ildə Şirvanşahlar sarayına,

1964-cü ildən isə yeni yaradılmış “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyinə direktor təyin olunub və 1980-cı illərin əvvəllərinə qədər həmin vəzifədə çalışıb, sonra isə görmə qabiliyyətini itirdiyinə və yaşına görə təqaüdə çıxıb.

Elmi fəaliyyəti

1934-cü ildən sonra SSRİ xalqları kafedrası üzrə dosent elmi adını alıb[1].

1935-ci ildə Tehranda təşkil olunmuş Şərq xalqlarının tarixinə həsr edilmiş konfransa qatılıb və məruzə ilə çıxış edib.

Məhkumluğu

28 fevral 1938-ci il tarixdə SSRİ əleyhinə fəaliyyət ittihamı ilə həbs olunub. Şəxsi işində həbs edilməsinin əsas səbəblərindən biri kimi pantürkizmə meyl etməsi və həyat yoldaşı Sara Aşurbəylinin qohumları ilə sıx əlaqələrdə olması göstərilirdi. Ona 10 il həbs, 5 il də sürgün cəzası verilir. Həbs illəri Sibirdə keçir (Bəzi məlumatlara[2] görə Hüseyn Cavidlə eyni həbs düşərgəsində saxlanılmış, Hüseyn Cavid onun qolları arasında dünyasını dəyişmişdir. Mövsüm Salamov Hüseyn Cavidin dəfn olunduğu yeri və qəbrinin nömrəsini yadında saxlamış və bunun sayəsində də gələcəkdə Hüseyn Cavidin qalıqlarının tapılıb Azərbaycana aparılması, Azərbaycanda dəfn edilməsi mümkün olmuşdu.) Həbs müddəti bitdikdən sonra Komi MSSR-də sürgün həyatı yaşayıb.

1956-cı ildə bəraət verilib.

1959-cu ildə Bakıya qayıdıb.

Təltif və mükafatları

  • 2 noyabr 1957-ci il – Komi MSSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı – Böyük Oktyabr Sosialist İnqilabının 40 illiyi və respublikanın tikinti təsərrüfatı sahəsində və mədəni-siyasi həyatında qazandığı nailiyyətlərinə görə;
  • “Əla işə görə” döş nişanı;
  • 22 noyabr 1967-ci il – “Əmək fədakarlığına görə” medalı;
  • 31 mart 1970 – “Leninin yubiley” medalı;
  • “1973-cü ilin sosialist yarışının qalibi” döş nişanı;
  • 12 aprel 1977-ci il – “N. K. Krupskaya” medalı;
  • 24 may 1978-ci il – “Azərbaycan SSR əməkdar mədəniyyət işçisi” fəxri adı;
  • 31 avqust 1981 – “Əmək veteranı” medalı.

Vəfatı

1985-ci ildə – 80 yaşında, Bakıda vəfat edib. Bakıda da dəfn edilib.

Ailəsi

 
Mövsüm Salamov bacı-qardaşları ilə birlikdə (Birinci sırada soldan: Saleh Əsgərzadə, Səidə Salamova, Vahid Salamov; İkinci sırada sağdan: Qurbanəli Salamov, Mövsüm Salamov, Məmmədəmin Əsgərzadə)

.

  • Atası: Əsgər Salamov, dəmirçi.
  • Anası: Mariyə Hacı Zəkəriyyə qızı.
  • Qardaş-bacıları: 1 bacısı və 4 qardaşı olub (şəkildə adları göstərilir).
  • Həyat yoldaşları: Mövsüm Salamov sürgünə göndərilərkən birinci həyat yoldaşı Sara Aşurbəyli ilə nikahını rəsmi şəkildə pozdurmuşdu. Bundan sonra Sara Aşurbəyli başqa bir kişi ilə evlilik həyatı yaşayıb. Mövsüm Salamov isə Komidə Mariya Qorban adlı bir ukraynalı qadınla ailə qurub. Onun ölümündən sonra, ömrünün sonuna yaxın anasının dayısı nəvəsi olan Şəfiqə Bağbanlı ilə evli olub.

Xatirəsi

 
2005-ci ildə “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyində Mövsüm Salamovun anadan olmasının 100 illiyi münasibəti ilə təşkil olunmuş tədbir iştirakçilarından bir qurup.

Mövsüm Salamovun anadan olmasının 100 illiyi münasibəti ilə “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əməkdaşlarının və respublikanın elm və mədəniyyət xadimlərinin iştirakı ilə 19 oktyabr 2005-ci il tarixdə toplantı təşkil edilmişdir. Tədbir barədə Azərbaycanın aparıcı KİV-də məlumat gedib[3], “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyi tərəfindən aşağıda adları göstərilən məqalələrdən ibarət kitabça nəşr olunub:

  1. Dadaşova S.U. Zəhmətinin bəhrəsi görünsə də, çoxlarına bəlli olmayan şəxsiyyət haqqında...;
  2. Əsgərzadə N.S. Düşüncə və duyğularımızdan...;
  3. Mirzəyeva S.M. Mövsüm müəllimi xatırlarkən;
  4. Рзаева Р.Ф. Мое воспоминания о директоре музея-заповедника Саламове Мовсум Аскар оглы;
  5. Джафарова Р.А. Мой первый директор.

İstinadlar və qeydlər

  1. İstifadə edilmiş mənbələrdə Mövsüm Salamovun 1932-ci il dosent adı aldığı göstərilmişdi. Lakin, 13 yanvar 1934-cü il tarixə qədər SSRİ-də heç kimə dosent elmi adı verilməmişdir.
  2. Bu barədə Mövsüm Salamovun yaxın qohumları danışırlar – onlar bunu Mövsüm Salamovun özündən eşitdiklərini deyirlər.
  3. AZƏRTAC.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Salamov Mövsüm // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 338-340. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Mövsüm Salamov; “Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyinin ilk direktoru / Pərviz Əsgərov. — Bakı: “Best Print” mətbəəsi, 2005. — 100 nüsx.
  3. Mövsüm Salamovun 100 illik yubileyi qeyd olunmuşdur : [arx. 14.07.2021] : [azərb.] // AZƏRTAC. — 2005. — 19 oktyabr. — Müraciət tarixi: 14.07.2021.
  4. Саламов Мовсум Аскер оглу историк-востоковед, первый директор комплекса Дворца Ширваншахов, репрессирован : [arx. 28.07.2019] : [rus.] // Наш Баку. — Müraciət tarixi: 14.07.2021.
  5. Əsgərzadə F. Bizim nəsil : [arx. 14.07.2021] : [azərb.] // Şəki Ensiklopediyası. — Müraciət tarixi: 14.07.2021.