Müjkan Məmmədzadə

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 12:34, 7 avqust 2021 tarixli redaktə
Müjkan Məmmədzadə
Məmmədzadə Müjkan Əbdüləli qızı
Müjkan Məmmədzadə
Müjkan Məmmədzadə.
Doğum tarixi 8 avqust 1983 (1983-08-08) (40 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (bakalavriat, 2001–2005; magistratura, 2011–2013); Təhsil Problemləri İnstitutu (doktorantura, 2014–), Naxçıvan Dövlət Universiteti, beynəlxalq münasibətlər fakültəsi (–2019)

Müjkan Məmmədzadə — Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsinin üzvü və Yerli Ekologiya Məsələləri Daimi Komissiyasının sədri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi.

Haqqında məlumatlar

8 avqust 1983-cü il tarixdə Bakıda anadan olub.

Təhsili

2000-ci ildə Bakı şəhər 278 saylı orta məktəbi bitirib.

2001 – 2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bakalavr,

20011 – 2013-cü illərdə magistr təhsili alıb.

2014-cü ildə fəlsəfə doktoru proqramı üzrə Təhsil Problemləri İnstitutunun doktoranturasına qəbul olunub.

2019-cu ildə Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib.

Əmək fəaliyyəti

2005 – 2008-ci illərdə Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi Mərkəzində mütəxəssis, aparıcı mütəxəssis,

2008 – 2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində metodist, bölmə müdiri,

2014 – 2017-ci illərdə Xalq Təhsili Muzeyinin Elmi-kütləvi iş şöbəsinin müdiri,

2017 – 2018-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində nazir müavininin köməkçisi – aparıcı məsləhətçi,

2018 – 2019-cu illərdə Bakı şəhər Mədəniyyət Baş İdarəsində ümumi sektorun müdiri vəzifəsində işləyib.

Pedaqoji fəaliyyəti

2005 – 2006-cı illərdə Bakı Turizm Kollecində,

2006 – 2007-ci illərdə Beynəlxalq Kollecdə,

2007 – 2009-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində,

2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində,

2018-ci ildən isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müqavilə əsasında müəllim vəzifəsində çalışır.

Elmi fəaliyyəti

60-dan çox Beynəlxalq və respublika elmi-praktik konfransların iştirakçısı,

70-dan çox elmi məqalənin, bakalavr pilləsi üçün 1 proqramın və Başqırdıstan Dövlət Universitetinin “Türk filologiyası: Gənc alimlərin tədqiqatlarında müasir yanaşmalar” mövzusunda Beynəlxalq elmi konfransın materiallarından ibarət jurnalın Azərbaycan üzrə redaksiya heyətinin üzvüdür.

İctimai-siyasi fəaliyyəti

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Təhsil aldığı illərdə akademiyanın YAP Gənclər Birliyinin və Tələbə Elmi Cəmiyyətinin sədri olub.

23 dekabr 2019-cu il tarixdə keçirilmiş Bələdiyyə seçkilərində Bakı şəhər Nərimanov Rayon Bələdiyyəsinin üzvü seçilib.

2020-ci ildən Nərimanov Rayon Bələdiyyəsinin Yerli Ekologiya Məsələləri Daimi Komissiyasının sədridir.

Digər

2010-cu ldə Azərbaycan mətbuatının 135 illik yubileyi münasibəti ilə M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” qəzeti redaksiyasının jurnalistlər arasında keçirdiyi müsabiqədə “Mədəniyyət” qəzetinin təmsilçisi olaraq həvəsləndirici mükafata layıq görülüb[1].

İstinadlar

Ədəbiyyat

  1. Zərbəliyev C. “Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi” müsabiqəsinin qalibləri və Mədəniyyət və Turizm Nazirliyi ilə fəal əməkdaşlıq edən jurnalistlər mükafatlandırıldı // Mədəniyyət : qəzet. — Bakı, 2010. — В. 14 iyul. — Səh. 1; 9. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 7 avqust 2021.
  2. "Nərimanov Rayon Gənclər və İdman İdarəsi" (azərb.). Nərimanov Rayon Gənclər və İdman İdarəsi. 16 yanvar 2020. 16.05.2020 tarixində arxivləşdirilib.