Mürsəl İmamverdiyev
Mürsəl İmamverdiyev (1926–2005) — kənd təsərrüfatı elmləri namizədi, Əkinçilik Elmi Tədqiqat İnstitutu Şəki Dayaq Məntəqəsinin elmi işçisi.
Mürsəl İmamverdiyev | |
---|---|
İmamverdiyev Mürsəl Həbibillah oğlu | |
![]() | |
Mürsəl İmamverdiyev. |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
14 mart 1926-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
Nuxa şəhər 12 №-li orta məktəbində təhsil alıb.
1944-cü ildə Nuxa Kənd Təsərrüfatı Texnikumunu,
1947-ci ildə Nuxa Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirib.
1949 – 1954-cü illərdə ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1947-ci ildən Nuxa 2 №-li orta məktəbində müəllim,
1956-cı ildən, əvvəl Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Mirbəşir zona təcrübə stansiyasında, sonra isə həmin institutun Nuxa dayaq məntəqəsində elmi işçi vəzifəsində çalışıb.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1972-ci ildə “Şəki-Zaqatala zonası şəraitində gübrələrin payızlıq arpanın boyuna, inkişafına və məhsuldarlığına təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Vəfatı Vizual/Mobil redaktə
14 noyabr 2005-ci il tarixdə – 79 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 274-275. — 1.000 nüsx.
- Şükürov R., Orsər R. İmamverdiyev Mürsəl Həbibillah oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 185. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
Bildiriş Vizual/Mobil redaktə
...