Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Mürsəl İmamverdiyev

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Mürsəl İmamverdiyev
İmamverdiyev Mürsəl Həbibillah oğlu
Mürsəl İmamverdiyev
Mürsəl İmamverdiyev.

Mürsəl İmamverdiyev (1926–2005) — kənd təsərrüfatı elmləri namizədi, Əkinçilik Elmi Tədqiqat İnstitutu Şəki Dayaq Məntəqəsinin elmi işçisi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

14 mart 1926-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

Nuxa şəhər 12 №-li orta məktəbində təhsil alıb.

1944-cü ildə Nuxa Kənd Təsərrüfatı Texnikumunu,

1947-ci ildə Nuxa Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirib.

1949 – 1954-cü illərdə ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1947-ci ildən Nuxa 2 №-li orta məktəbində müəllim,

1956-cı ildən, əvvəl Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Mirbəşir zona təcrübə stansiyasında, sonra isə həmin institutun Nuxa dayaq məntəqəsində elmi işçi vəzifəsində çalışıb.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1972-ci ildə “Şəki-Zaqatala zonası şəraitində gübrələrin payızlıq arpanın boyuna, inkişafına və məhsuldarlığına təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

14 noyabr 2005-ci il tarixdə – 79 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 274-275. — 1.000 nüsx.
  2. Şükürov R., Orsər R. İmamverdiyev Mürsəl Həbibillah oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 185. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...