Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Müseyib Sadıqov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(22651 dəyişikliyi WikiSysop (Müzakirə) tərəfindən geri alındı.)
Teq: Undo
Sətir 31: Sətir 31:
 
  |Commons          =  
 
  |Commons          =  
 
}}
 
}}
'''Müseyib Sadıqov''' (1906-1938) — sovet dövrünün ilk onilliklərində Nuxada yaşamış şair və jurnalist, partiya və komsomol fəalı.
+
'''Müseyib Sadıqov''' (1906-1938) — sovet dövrünün ilk onilliklərində Nuxada yaşamış tanınmış şair və jurnalist, partiya və komsomol fəalı.
  
 
==Haqqında məlumatlar==
 
==Haqqında məlumatlar==

20:21, 29 aprel 2021 versiyası

Müseyib Sadıqov
Sadıqov Müseyib Əlibala oğlu
Müseyib Sadıqov
Müseyib Sadıqovun “İpəkçi” qəzetinin 13 mart 1934-cü il tarixli sayında dərc olunmuş fotoşəkli
Doğum tarixi 1906(1906-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat tarixi 1938(1938-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (32 yaşında)

Müseyib Sadıqov (1906-1938) — sovet dövrünün ilk onilliklərində Nuxada yaşamış tanınmış şair və jurnalist, partiya və komsomol fəalı.

Haqqında məlumatlar

1906-cı ildə fəhlə ailəsində anadan olub. İki yaşında olarkən atası vəfat edib.

Təhsili

Uşaq vaxtı ibtidai təhsilini başa vura bilməyib. Böyüdükdən sonra həm ibtidai təhsil alıb və həm də ikinci dərəcəli məktəbi bitirib.

Əmək fəaliyyəti

Uşaq yaşlarında qoyun-quzu otararaq çörək pulu qazanıb.

1926 – 1929-cu illərdə Nuxadakı ipək fabriklərindən birində işləyib.

1930 – 1937-ci illərdə “Şəki fəhləsi” qəzetinin redaksiyasında partiya şöbəsinin müdiri və bir müddət isə qəzetin redaktoru olub.

1937 – 1938-ci illərdə Nuxa şəhər soveti yanında incəsənət işləri idarəsinin rayon müvəkkili vəzifəsində çalışıb.

Siyasi-ictimai fəaliyyəti

İpək fabrikində işləyərkən komsomol sıralarına daxil olmuş, az sonra komsomol komitə katibi və Azərbaycan LKGİ MK üzvü seçilmişdir.

1934-cü ildə Azərbaycan LKGİ MK Nuxa şəhər komitəsi katibini əvəz edirdi.

Bədii yaradıcılığı

1927-ci ildən dövri-mətbuatda bir sıra şeir və poemaları çap olunub.

1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Vəfatı

1938-ci ildə həbs olunaraq güllələnmə cəzasına məhkum edilib.

Ədəbiyyat

  1. Orsər R. Müseyib Sadıqov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 194 – 196. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

Şablon:Yaxşı məqalə