Müseyib Sadıqov (1906–+1940) — sovet dövrünün ilk onilliklərində Nuxada fəaliyyət göstərmiş partiya və komsomol fəalı, şair və jurnalist, “Şəki fəhləsi”/“Nuxa işçisi”/“Nuxa fəhləsi” qəzetinin readktoru olmuş şəxs.

Müseyib Sadıqov
Sadıqov Müseyib Əlibala oğlu
Müseyib Sadıqov
Müseyib Sadıqovun “İpəkçi” qəzetinin 13 mart 1934-cü il tarixli sayında dərc olunmuş fotoşəkli.
Doğum tarixi 1906(1906-00-00)
Vəfat tarixi + 1942 (36 yaşından sonra)

Haqqında məlumatlarRedaktə

1906-cı ildə fəhlə ailəsində anadan olub. İki yaşında olarkən atası vəfat edib.

TəhsiliRedaktə

Uşaq vaxtı ibtidai təhsilini başa vura bilməyib. Böyüdükdən sonra həm ibtidai təhsil alıb və həm də ikinci dərəcəli məktəbi bitirib.

Əmək fəaliyyətiRedaktə

Uşaq yaşlarında qoyun-quzu otararaq çörək pulu qazanıb.

1926 – 1929-cu illərdə Nuxadakı ipək fabriklərindən birində işləyib.

1930 – 1940-ci illərdə ayrı-ayrı vaxtlarda “Şəki fəhləsi”/“Nuxa işçisi”/“Nuxa fəhləsi” qəzetinin redaksiyasında partiya şöbəsinin müdiri, qəzetin redaktoru, Azərbaycan LKGİ MK Nuxa şəhər komitəsi katibi əvəzi, Nuxa şəhər soveti yanında incəsənət işləri idarəsinin rayon müvəkkili və s. vəzifələrdə çalışıb.

4 mart 1940-cı il tarixdə keçirilmiş Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin birinci plenumunda yenidən “Nuxa fəhləsi” qəzetinin redaktoru vəzifəsinə təsdiqlənib.

Siyasi-ictimai fəaliyyətiRedaktə

İpək fabrikində işləyərkən komsomol sıralarına daxil olmuş, az sonra komsomol komitə katibi və Azərbaycan LKGİ MK üzvü seçilmişdir.

Bədii yaradıcılığıRedaktə

1927-ci ildən dövri-mətbuatda bir sıra şeir və poemaları çap olunub.

1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

1940-cı ildə Zəhmətkeş deputatlarının Nuxa rayon sovetinə deputat seçilib.

ƏdəbiyyatRedaktə

  1. Azərbaycan K (b) P Nuxa şəhər komitəsinin birinci plenumu haqqında informasiya məlumatı // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1940. — В. 6 mart. — № 52 (2814). — Səh. 1.
  2. Orsər R. Müseyib Sadıqov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 194-196. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.