Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Məbud Məhərrəmov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni '{{Kino sənətçisi |adı = Məbud Məhərrəmov |orijinal adı = Məbud Əliəsgər oğlu Məhərrəmov |digər adları = |şəkil = Məb...' ilə yarat) tərəfindən edilmiş 22:16, 25 dekabr 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Məbud Məhərrəmov
Məbud Əliəsgər oğlu Məhərrəmov
Doğum tarixi 12.3.1957
Peşəsi aktyor
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2006 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2000
IMDb ID 0535918

Məbud Əliəsgər oğlu Məhərrəmov (Şablon:DVTY) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti (2006).

Həyatı

Məbud Məhərrəmov 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib.[1] 1978-ci ildən Səməd Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynamış, bir çox filmlərdə çəkilmişdir.

Onun yaratdığı: Ağasaf (M.İbrahimbəyov "Мужчина для молодой женщины"; az.: "Gənc qadın üçün kişi"‎), Əmrah (Hidayət "Mənzil"), Ər (Elçin "Mənim ərim dəlidir"), Qannibal (J.Patrik "Странная миссис Сэвидж"; az.: "Qəribə missis Sevic"‎), Şut (U.Şekspir "Kral Lir") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

M.Məhərrəmov bundan başqa bir çox filmlərdə və televiziya filmlərində çəkilmişdir. "Деловая поездка" ("İşgüzar səfər"), "Park", "Другая жизнь" ("Özgə ömür"), "В условиях неочевидности" ("Qeyri-müəyyənlik şəraitində"), "Семейный круг" ("Ailə çevrəsi") kimi filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynamışdır.

2000-ci ildə M.Məhərrəmov Azərbaycan Respublikasının Əməkdar Artist, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.

2006-cı, 2012-ci, 30 aprel 2014-cü ildə[2]6 may 2015-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[4]

Filmoqrafiya

  1. Ailə (film, 1998)(tammetrajlı bədii film)-rol: qaçqın
  2. Aşkarsızlıq şəraitində... (film, 1986)
  3. Bir anın həqiqəti (film, 2003)
  4. Cavid ömrü (film, 2007)
  5. Dronqo (serial, 2002)
  6. Etimad telefonu (film, 2001)
  7. Fatehlərin divanı (film, 1997)
  8. Güllələnmə təxirə salınır!... (film, 2002)
  9. Həyət (film, 2015) (qısametrajlı bədii film)
  10. Hücum (film, 1989)
  11. Xüsusi vəziyyət (film, 1986)
  12. İşgüzar səfər (film, 1982)
  13. Qala (film, 2008)
  14. Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
  15. Məşədi İbad-94 (film, 2005)
  16. Murad-Sad (film, 1988)
  17. Nə gözəldir bu dünya... (film, 1999)
  18. Nigarançılıq (film, 1998)
  19. Onun atası (film, 2016)
  20. Özgə ömür (film, 1987)-Müstəntiq
  21. Park (film, 1983)
  22. Sirr (serial, 2012)
  23. Sübhün səfiri (film, 2012)
  24. Təhminə (film, 1993)
  25. "Yapon" və yaponiyalı (film, 1990)
  26. Yaşıl eynəkli adam (film, 1987)
  27. Yaşıl eynəkli adam-2 (film, 1999)-Qərib
  28. Yaşıl eynəkli adam-3 (film, 2002)-Qərib
  29. Yumurta (film, 2003)
  30. Xeyirlə şərin rəqsi (film, 2016)
  31. Ana və poçtalyon (2020)

İstinadlar

  1. Lider TV (02.03.2017). "Xalq artisti Məbud Məhərrəmov yubileyə hazırlaşır" (azərb.). Youtube.com. İstifadə tarixi: 2017-03-03.
  2. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  3. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  4. President (6 may 2016). "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2016-05-06.

Xarici keçidlər