Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Məcid Əliyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Məcid Əliyev
Əliyev Məcid Abduləli oğlu
Məcid Əliyev
Məcid Əliyev, 2019-cu il.
Doğum tarixi 21 fevral 1965 (1965-02-21) (59 yaş)
Doğum yeri Aşağı Göynük, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutu (–1990)

Məcid Əliyev — Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoru.

Haqqında məlumatlar

21 fevral 1965-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Aşağı Göynük kəndində anadan olub.

Təhsili

1990-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirib.

Əmək fəaliyyəti

1990 – 1993-cü illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının Aşağı Göynük kənd sahə xəstəxanasında həkim-terapevt,

1993 – 1997-ci illərdə Şəki rayonunun Baş Göynük kənd sahə xəstəxanasının baş həkimi,

1997 – 2009-cu illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri,

2010-cu ildə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimininin müavini,

2010 – 2017-ci illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi,

2019 – 2022-ci illərdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

1 avqust 2022-ci il tarixdən Şəki Rayon Mərkəzi Xəstəxanasının direktorudur.

Ədəbiyyat

  1. Şəki Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi : [arx. 04.08.2022] // Təbib (facebook səhifəsi). — Müraciət tarixi: 04.08.2022.