Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Məhəmməd Zahid

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:49, 12 noyabr 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məhəmməd Zahid
türk.: Kotku Mehmed Zahid
Məhəmməd Zahid
Məhəmməd Zahid.
Doğum tarixi 1897(1897-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Bursa, Flag of the Ottoman Empire (Thicker Crescent).svg Osmanlı dövləti
Vəfat tarixi 13 noyabr 1980 (83 yaşında)
Vəfat yeri İstanbul, Flag of Turkey.svg Türkiyə
Vətəndaşlıq Flag of Turkey.svg Türkiyə

Məhəmməd Zahid (1897–1980) — tanınmış islam alimi, yazıçı, din xadimi, vaiz, nəqşibəndiyyə şeyxi və Fateh İsgəndərpaşa məscidinin (İstanbul, Türkiyə) imamı. Məhəmməd Zahidin imam olduğu məscidin icma üzvləri arasında Türkiyənin bir sıra görkəmli dövlət xadimləri, o cümlədən Turqut Özal, Nəcməddin Ərbakan və başqa görkəmli şəxslər də olub.

Haqqında məlumatlar

1897-ci ildə Bursada anadan olub.

Təhsili

Bursada ibtidai və orta təhsil alıb.

Hərbi xidmətdə

Birinci Dünya müharibəsi dövründə – 1915-ci ildə, on səkkiz yaşı olarkən, Osmanlı ordusuna çağırılıb və Suriya cəbhəsinə göndərilib. Osmanlı ordusu Suriyadan çıxdıqdan sonra İstanbula qayıtsa da, 1919-cu ilin iyul ayından hərbi qərargahda katib olaraq hərbi xidmətini davam etdirib. Xatirələrdəki qeydlərdən aydın olur ki, o, 1922-ci ilin martınadək həmin vəzifədə çalışıb.

Dini fəaliyyəti

1920-ci ildə − hələ İstanbulda hərbi xidmətdə olarkən, İstanbulun Cağaloğlu məhəlləsində Fatma Sultan məscidinin yanındakı Gümüşxanəvi təkyəyə getmiş, əvvəl Şeyx Dağıstanlı Ömər Ziyaəddin əfəndidən dini dərs almağa başlamış, sonra isə Mustafa Feyzi əfəndinin şagirdi olmuşdur. İyirmi yeddi yaşında xilafət almışdır. Bu illərdə Bəyazit, Fateh və Ayasofya məscidlərində və bir çox mədrəsələrdə dini dərslərə qatılmaqla hafizliyini tamamlamış, həmçinin, Mustafa Feyzi Əfəndinin istəyi ilə müxtəlif şəhər və kəndlərdə dini xidmətlər icra etmişdir.

1925-ci ildə Türkiyədə təkyələrin fəaliyyətinin qadağan edilməsindən sonra Bursaya geri dönmüş, atasının imam olduğu İzvat kəndində yaşamağa başlamışdır. Atasının vəfatından sonra 1946-cı ilə qədər İzvat kənd məscidinin imamı olmuş, 1946-cı ildə Üftadə məscidinə, 1952-ci ilin dekabr ayında Zeyrekdəki Ümmu Gülsüm Məscidinə, 1958-ci ildə isə Fateh İsgəndərpaşa Məscidinə imam təyin edilmişdir və ömrünün sonunadək sonuncu məscidin imamı olmuşdur.

1979-cu ilin əvvəlində Hicaza getmiş, lakin 1980-cı ilin fevralında ağır xəstə vəziyyətdə İstanbula geri dönmüşdür. Əməliyyat olunduqdan sonra növbəti həcc mövsümündə təkrarən həccə gedib-qayıtmışdır.

Vəfatı

13 noyabr 1980-ci il tarixdə – 83 yaşında, İstanbulda vəfat edib. Cənazə namazı 14 noyabr tarixdə Süleymaniyə Məscidində qılındıqdan sonra nəşi Qanuni Sultan Süleyman Türbəsi məzarlığında dəfn edilmişdir.

Ailəsi

Valideynləri 1880-cı ildə Nuxadan Anadoluya köçərək Bursada məskunlaşmışdılar.

Atası: İbrahim əfəndi – Nuxadan Bursaya köçərkən 16 yaşı vardı, müxtəlif məscidlərdə imamlıq etmiş, 1929-cu ildə Bursa düzənliyindəki İzvat kəndində vəfat etmişdir.

Anası: Sabirə – 1900-cu ildə, Məhəmməd Zahid 3 yaşında olarkən vəfat edib.

Böyük qardaşı: Əhməd Şakir əfəndi – Birinci Dünya müharibəsi dövründə Osmanlı ordusuna çağırılmış, Qüds və Çanaqqala cəbhələrində vuruşmuş, cəbhədə xəstələnərək, 28 yaşında şəhid olmuşdur.

Ədəbiyyat

  1. Mahmud Esad Coşan (2002). "Kotku, Mehmet Zahit". islamansiklopedisi.org.tr (Türkçe). İslâm Ansiklopedisi. 28 Jun 2019 tarixində arxivləşdirilib.
  2. Ramin Sadıqov (13.09. 2013). "Məhməd Zahid Qutqu (1897-1980)". shrem.io.ua (azərb.). "Şəki bələdiyysi" qəzeti. 28 Jun 2015 tarixində arxivləşdirilib.