Məhəmmədhəsən Abdullayev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 00:36, 19 iyul 2021 tarixli redaktə
Məhəmmədhəsən Abdullayev
Abdullayev Məhəmmədhəsən İbrahim oğlu
Məhəmmədhəsən Abdullayev
Məhəmmədhəsən Abdullayev.
Doğum tarixi 1 avqust 1920(1920-08-01)
Doğum yeri Oxud, Nuxa qəzası, Azərbaycan SSR
Vəfat tarixi 16 aprel 2001 (80 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
İxtisası biologiya üzrə elmi işçi, ali və orta məktəb müəllimi
Təhsili

 • Nuxa tibbi fəhlə fakültəsi (1934–1937)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, biologiya fakültəsi (1937–1941)
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı"İgidliyə görə" medalı — 1967"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalıI dərəcəli "Vətən Müharibəsi" ordeni — 1985 "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1985
SSRİ maarif əlaçısı

Məhəmmədhəsən Abdullayev (1920–2001) — tanınmış pedaqoq, SSRİ maarif əlaçısı. Uzun müddət Şəki şəhər 10 №-li orta məktəbində kimya-biologiya fənnindən dərs deyib.

Haqqında məlumatlar

1 avqust 1920-ci il tarixdə Nuxa qəzasının Oxud kəndində anadan olub.

Təhsili

1927 – 1934-cü illərdə Oxud kənd yeddiillik məktəbində,

1934 – 1937-ci illərdə Nuxa tibbi fəhlə fakültəsində,

1937 – 1941-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində təhsil alıb.

Hərbi xidmətdə

1942-ci ildə Sovet Ordusu sıralarına çağırılıb. Böyük Vətən müharibəsində iştirak edib.

1943-cü ildə yaralanıb və sıravi əsgər rütbəsi ilə ordudan tərxis olunub.

Əmək fəaliyyəti

1941-ci ildə Balakən rayonunda orta məktəb müəllimi və orta məktəb direktoru vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1943 – 1988-cı illərdə əvvəl bir neçə il Nuxa şəhər Xalq Maarifi Şöbəsində orta məktəblər üzrə inspektor vəzifəsində çalışıb, daha sonralar isə müxtəlif vaxtlarda Nuxa/Şəki şəhər 7, 11 və 10 №-li məktəblərində kimya-biologiya fənnindən dərs deyib.

Təltif və mükafatları

Vəfatı

16 aprel 2001-ci il tarixdə – 80 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Абдуллаев Мамедгасан Ибрагим-оглы : [arx. 18.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
  2. Məmmədov Ə., Xalıqov F. Abdullayev Məhəmmədhəsən // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 20 – 21. — 1.000 nüsx.

Şablon:Yaxşı məqalə