Məhəmmədhəsən Abdullayev

......

Məhəmmədhəsən Abdullayev (1920–2001) — uzun müddət Şəki şəhər 10 №-li orta məktəbində kimya-biologiya fənnindən dərs demiş tanınmış pedaqoq, SSRİ maarif əlaçısı.

Məhəmmədhəsən Abdullayev
Abdullayev Məhəmmədhəsən İbrahim oğlu
Məhəmmədhəsən Abdullayev
Məhəmmədhəsən Abdullayev.

Haqqında məlumatlar Vizual/Mobil redaktə

1 avqust 1920-ci il tarixdə Nuxa qəzasının Oxud kəndində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1927 – 1934-cü illərdə Oxud kənd yeddiillik məktəbində,

1934 – 1937-ci illərdə Nuxa tibbi fəhlə fakültəsində,

1937 – 1941-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində təhsil alıb.

Hərbi xidmətdə Vizual/Mobil redaktə

1942-ci ildə Sovet Ordusu sıralarına çağırılıb. Böyük Vətən müharibəsində iştirak edib.

1943-cü ildə yaralanıb və sıravi əsgər rütbəsi ilə ordudan tərxis olunub.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1941-ci ildə Balakən rayonunda orta məktəb müəllimi və orta məktəb direktoru vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1943 – 1988-cı illərdə əvvəl bir neçə il Nuxa şəhər Xalq Maarifi Şöbəsində orta məktəblər üzrə inspektor vəzifəsində çalışıb, daha sonralar isə müxtəlif vaxtlarda Nuxa/Şəki şəhər 7, 11 və 10 №-li məktəblərində kimya-biologiya fənnindən dərs deyib.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Vəfatı Vizual/Mobil redaktə

16 aprel 2001-ci il tarixdə – 80 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Абдуллаев Мамедгасан Ибрагим-оглы : [arx. 18.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
  2. Абдуллаев Мамедгасан Ибрагим-оглы : Орден Отечественной войны I степени : [arx. 25.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
  3. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 20-21. — 1.000 nüsx.

Bildiriş Vizual/Mobil redaktə

...