Məhərrəm Mustafayev

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:24, 26 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məhərrəm Qafar oğlu Mustafayev
Məhərrəm Mustafayev
Doğum tarixi 1906(1906-İfadə xətası: "{" punktuasiyasının tanınmayan simvolu.-{{{3}}})
Doğum yeri Azərbaycan Respublikası, Şəki rayonu
Vəfat tarixi 1986(1986-İfadə xətası: "{" punktuasiyasının tanınmayan simvolu.-{{{3}}})[[Kateqoriya:{{{3}}} da vəfat edənlər]]
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi Fizioloq
İş yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu
Elmi dərəcəsi Tibb elmləri doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Dövlət Universiteti, Azərbaycan Dövlət Tibb Universiteti

Məhərrəm Qacar oğlu Mustafayev - tibb elmləri doktoru, professor.

Ümumi məlumatlar

Məhərrəm Qacar oğlu Mustafayev Şəki rayonunda anadan olmuşdur.

  • Təvəllüdü: 1906
  • Təhsil (məktəbin adı və ixtisası): Azərbaycan Dövlət Universiteti (indiki BDU)- pedaqoji fakültəsi, Azərbaycan Dövlət Tibb Universiteti- fiziologiya fakültəsi

Əsas elmi nailiyyətləri

1926-cı ildə seminariyanı bitirən Məhərrəm Mustafayev ibtidai məktəbdə dərs vermək hüququ qazanır, ilk müəllimlik fəaliyyətinə kənddə başlayır. Lakin həmin ilə (1926) xalq təhsili komissarlığının qərarı ilə təhsilini davam etdirmək üçün ali məktəbə göndərilir. Beləliklə, Məhərrəm Mustafayev Azərbaycan Dövlət Universiyetinin pedaqoji fakültəsinə daxil olur. Pedaqoji texnikumun nəzdindəki nümunəvi məktəbdə də müəllimliyini davam etdirir. Bu nümunəvi məktəbin əsasında 1927-cı ildə Bakı 48 №-li orta məktəb yaranmış və Məhərrəm Mustafayev onun birinci direktoru işləmişdir. 1930-cu ildə aspiranturaya daxil olur, insan və heyvan fiziologiyası kafedrasında çalışır. 1933-cü ildə ADTİ-na daxil olur, 1938-ci ildə bitirir. 1932–1942-ci illərdə oxuya-oxuya tibb texnikumunda biologiya, fiziologiya və anatomiyadan dərs demişdir. 1942-ci ildə dərs hissə müdiri təyin edilmişdir. Məhərrəm Mustafayev 1943–1945-ci illərdə Bakı Feldşer və Diş Həkimi Texnikumuna başçılıq etmişdir.

M.Q. Mustafayev 1952-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsi alıb, 1968-ci ildən professor olub.

Pedaqoji fəaliyyəti

Azərbaycan Tibb İnstitutuna dəvət olunan Məhərrəm Mustafayev 1948-1954-cü illərdə dekan işləmiş, gələcək həkimlərin yetişməsində böyük əmək sərf etmişdir. 1954-cü ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutut Fiziologiya kafedrasına müdir seçilir və ömrünün sonuna qədər (1986) burada işləyir. Mustafayevin rəhbərliyi altında namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişdir.

Elmi-təşkilatı fəaliyyəti

  • Respublika Fizioloqlar Cəmiyyəti sədrinin müavini olmuşdur.
  • 1954-cü ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutut Fiziologiya kafedrasına müdir seçilir və ömrünün sonuna qədər (1986) burada işləyir.

Təltif və mükafatlar

Qayğıkeş müəllim, tanınmış fizioloq bir çox orden və medallarla təltif edilmişdir.

Elmi əsərləri

Məhərrəm Mustafayev 80-dən çox elmi işin, 5 dərsliyin, 40 elmi məqalənin müəllifidir.

Mənbə

  1. Ənvər Mete. O torpağın övladları. – Bakı, – “Nurlan”, 2006, s. 389-390
  2. A. Abiyev, R. Qayıbov. Böyük alim, səmimi insan// Azərbaycan, 21 aprel, 2006, № 86, s. 7.

Həmçinin bax

Məhərrəm Mustafayev tibb elmlər doktoru, professor, uşaq cərrahı Arif Mustafayevin atasıdır.