Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Məjlum Şükürov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 10:44, 1 sentyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Məjlum Şükürov
Şükürov Məjlum Şükür oğlu
Məjlum Şükürov.png
Məjlum Şükürov, 2007-ci il.
Doğum tarixi 1 sentyabr 1954 (1954-09-01) (70 yaş)
Doğum yeri Aşağı Küngüt, Nuxa (indiki Şəki) rayonunun, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi elmlər namizədi
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1971–1976)

 • Leninqrad Aqrofizika İnstitutu, aspirantura (1980–)

 • Leninqrad Aqrofizika İnstitutu, doktorantura (1989–)
Mükafatları "Tərəqqi" medalı — 2015

Məjlum Şükürov — texnika elmləri namizədi, Əkinçilik Elmi Tədqiqat İnstitutu Şəki Dayaq Məntəqəsinin direktoru. 2005 – 2010-cu illərdə Şəki bələdiyyəsinin üzvü, 2006 – 2011-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Haqqında məlumatlar

1 sentyabr 1954-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Aşağı Küngüt kəndində anadan olub.

Təhsili

1961 – 1971-ci illərdə Aşağı Küngüt kənd orta məktəbində,

1971 – 1976-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1980-cı ildə Leninqrad Aqrofizika İnstitutunun aspiranturasına,

1989-ci ildə isə Leninqrad Aqrofizika İnstitutunun doktoranturasına qəbul olunub.

Əmək fəaliyyəti

1976 – 1980-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Kibertexnika İnstitutunda işləyib.

1984 – 1986-cı illərdə Əkinçilik Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi,

1986 – 1989-cu illərdə isə baş elmi işçi vəzifəsində çalışıb.

1996-cı ildə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsinə direktor təyin edilib.

İctimai aktivliyi

2005 – 2010-ci illərdə Şəki Bələdiyyəsinin üzvü,

2006 – 2011-ci illərdə III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Elmi fəaliyyəti

1985-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Şükürov Məjlum // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 376-379. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 04.02.2022] // Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. — 2015. — 29 oktyabr. — Müraciət tarixi: 04.02.2022.
  3. Təcrübə bazaları : Şəki DM : [arx. 04.02.2022] // Əkinçilik Elmi Tədqiqat İnstitutu. — Müraciət tarixi: 04.02.2022.