Məmmədşərif Həmidov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (müzakirə | redaktələr) tərəfindən edilmiş 02:29, 23 fevral 2021 tarixli redaktə
Məmmədşərif Həmidov
Həmidov Məmmədşərif Həbibulla oğlu
Məmmədşərif Həmidov
Məmmədşərif Həmidov.
Doğum tarixi 23 fevral 1917(1917-02-23)
Doğum yeri Nuxa, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 14 fevral 1969 (51 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Hərbi fəaliyyəti
Rütbə general-mayor
Təltifləri "Qırmızı Ulduz" ordeni "Qırmızı Ulduz" ordeni II dərəcəli "Vətən Müharibəsi" ordeni

Məmmədşərif Həmidov (1917 – 1969) — general-mayor, Azərbaycan SSR-in hərbi komissarı.

Haqqında məlumatlar

23 fevral 1917-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1945-ci ildə Ali zabitlər məktəbini,

1960-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Əmək fəaliyyəti

1929-cu ildən Nuxadakı ipəksarıma müəssisələrində,

1937 – 1940-cı illərdə isə Nuxa komsomol və partiya komitələrində işləyib.

Hərbi xidmətdə

1940-cı ildən Sovet Ordusunda xidmətə götürülüb. Böyük Vətən müharibəsində vzvod komandirinin köməkçisi, batalyon qərargahının rəisi, diviziya qərargah əməliyyatının bölmə rəisinin köməkçisi olub.

1946 – 1949-cu illərdə Xaçmaz rayon hərbi komissarı,

1949 – 1956-cı illərdə Azərbaycan SSR hərbi komissarlığında şöbə rəisi,

1956 – 1960-cı illərdə Bakı şəhəri hərbi komissarı,

1960 – 1969-cu illərdə Azərbaycan SSR-in hərbi komissarı vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

1939-cu ildən Sov.İKP üzvü olub.

1966-cı ildə – Azərbaycan KP-nin 27-ci qurultayında Azərbaycan KP MK üzvülüyünə namizəd,

1967-ci ildə isə 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Təltif və mükafatları

Vəfatı

14 fevral 1969-cu il tarixdə – 51 yaşında, Göygöl – Gəncə avtomobil yolunda xidməti avtomobilinin qəzaya düşməsi nəticəsində həlak olub. Birinci Fəxri xiyabanda dəfn edilib.

Xatirəsi

Həlak olduğu yerdə (Göygöl – Gəncə avtomobil yolu kənarında) xatirə abidəsi qoyulub.

Adına küçə (Bakı), gəmi və məktəb (Şəki) var.

Ədəbiyyat

Şablon:Yaxşı məqalə