Məmməd Çələbiyev: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
[[Kateqoriya:M]][[Kateqoriya:Şəkidən çıxmış şair və yazıçılar]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]]
[[Kateqoriya:M]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış şair və yazıçılar]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]]
{{Yazıçı
{{Yazıçı
  |Adı              = Məmməd Çələbiyev
  |Adı              = Məmməd Çələbiyev

15:24, 26 iyun 2020 versiyası

Məmməd Çələbiyev
Çələbiyev Məmməd Musa oğlu
Məmməd Çələbiyev
Məmməd Çələbiyev, 1970
Təxəllüsü Şəkili
Doğum tarixi 1 aprel 1923(1923-04-01)
Doğum yeri İnçə, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR
Vəfatı 3 avqust 1987 (64 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Nuxa Pedaqoji Texnikumu (1937 – 1940);
  • Azərbaycan Dövlət Pedaqoji İnstitutu, azərbaycan dili və ədəbiyyatı fakültəsi (1952 – 1956)

Məmməd Çələbiyev (Çələbiyev Məmməd Musa oğlu; d.  1 aprel 1923-cü il, İnçə, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR – ö.  3 avqust 1987-ci il, Şəki, Azərbaycan SSR, SSRİ) - azərbaycanlı yazıçı və dramaturq, 4 bədii kitabın, o cümlədən, Əhmədiyyə Cəbrayılovun Fransa müqavimət hərakatında iştirakına dair “Haronnaya gəlin gəlir” kitabının müəllifidir; qələmə aldığı dram əsərlərindən üçü sağlığında Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub.

Haqqında məlumatlar

1923-cü ildə Nuxa qəzasının İnçə kəndində anadan olub.

1930 – 1937-ci illərdə İnçə kənd məktəbində,

1937 – 1940-cı illərdə Nuxa Pedaqoji Texnikumunda təhsil alıb.

1940-cı ilin 8 martından Nuxa rayonunun Aşağı Şabalıd kənd məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb.

1941-ci ilin 22 dekabrında Sovet Ordusu sıralarına çağırılıb.

Stalino, Mateyevka, Cənubi Ukrayna cəbhələrində vuruşub, 1942-ci ildə ağır yaralanıb və ordudan tərxis olunub.

1943 – 1961-ci illərdə İnçə-Zunud 7 illik kənd məktəbində müəllim, direktor müavini və direktor işləyib.

1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun azərbaycan dili və ədəbiyyatı fakültəsində qiyabi təhsil alıb.

1961 – 1972-ci illərdə “Şəki fəhləsi” qəzetinin redaksiyasında şöbə müdiri və məsul redaktor,

1972 – 1974 -ci illərdə Şəki Pedaqoji Texnikumunda,

1974 – 1987-cü illlərdə Şəki Musiqi Texnikumunda dil və ədəbiyyat müəllimi işləyib.

1987-ci ildə Şəki şəhərində vəfat edib.

Yaradıcılığı

1956-ci ildən ədəbi yaradıcılığa başlayıb. Hekayələri respublika qəzet və jurnallarında, Şəkidə çıxan qəzetlərdə çap olunub. “Qızlar bəzək sevir” povesti “Azərbaycan” jurnalında (1965, №5-6) dərc olunub. “Təmkin” povesti həm “Azərbaycan” jurnalında (1971, №3) və həm də ayrıca kitab kimi "Yazıçı" nəşriyyatında (1983) çap olunub. Qələmə aldığı dram əsərlərindən üçü öz sağlığında Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub: “Hökm” (1981), “Fədai” (1983), Yaşıl işıq (1985).

Kitabları

  • Təmkin – “Yazıçı” nəşriyyatı, 1983;
  • Bir yay günü – “Yazıçı” nəşriyyatı, 1987;
  • Zoğal ağacları – “Mütərcim” nəşriyyatı, 1998;
  • Haronnaya gəlin gəlir – “Mütərcim” nəşriyyatı, 1998.

İstifadə edilmiş mənbə

Şablon:Yaxşı məqalə