Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Məmməd Əfəndiyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 48: Sətir 48:
 
1944-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində açılmış Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub.  
 
1944-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində açılmış Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub.  
  
1 iyun 1977-ci ildə [[Bakı]] şəhərində vəfat etmişdir.
+
1 iyun 1977-ci ildə Bakı şəhərində vəfat edib.
  
Bakıda adına küçə vardır.
+
Bakıda adına küçə vardır (1992-ci ildən).
  
 
===Elmi-pedaqoji fəaliyyəti===
 
===Elmi-pedaqoji fəaliyyəti===
Sətir 68: Sətir 68:
 
*“1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı, 2 dəfə;
 
*“1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı, 2 dəfə;
 
* “Qafqazın müdafiəsinə görə” medalı
 
* “Qafqazın müdafiəsinə görə” medalı
 
===Adının əbədiləşdirilməsi===
 
1992-ci ildən Bakı şəhərində adına küçə var.
 
  
 
== Xarici keçidlər ==
 
== Xarici keçidlər ==
 
* [http://www.biografija.ru/show_bio.aspx?id=139644 Биография М. Р. Эфендиева]
 
* [http://www.biografija.ru/show_bio.aspx?id=139644 Биография М. Р. Эфендиева]
 
[[az:Məmməd Əfəndiyev]][[ru:Эфендиев, Мамед Рашид оглы]]
 
[[az:Məmməd Əfəndiyev]][[ru:Эфендиев, Мамед Рашид оглы]]

21:53, 1 iyun 2020 versiyası

Məmməd Əfəndiyev
Əfəndiyev Məmməd Rəşid bəy oğlu
Məmməd Əfəndiyev
Məmməd Əfəndiyev, 1911-ci il
Doğum tarixi 5 oktyabr 1887(1887-10-05)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası,
Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1 iyun 1977 (89 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR,
Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti azərbaycanlı
Atası Rəşid bəy Əfəndiyev
Mükafatları Lenin ordeni "Qırmızı Əmək Bayrağı" ordeni "Qırmızı Əmək Bayrağı" ordeni "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı

Məmməd Əfəndiyev (Əfəndiyev Məmməd Rəşid bəy oğlu; 15 oktyabr 1887-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – Bakı, Azərbaycan SSR, SSRİ) − azərbaycanlı alim və pedaqoq, professor, Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı (1934 – 1936), Azərbaycan Dövlət Universitetinin riyazi analiz kafedrasının müdiri (1935-1965).

Haqqında məlumatlar

1887-ci ildə Nuxada anadan olub.

1908-ci ildə Tiflis giminaziyasını bitirib.

1908 – 1913-cü illərdə Sank-Peterburq İmperator Universitetinin(ru) mexanika-riyaziyyat fakültəsinə təhsil alıb.

Məmməd bəy Əfəndiyev tələbə libasında. 1911-ci il. MATM SMF № 306/4

1913 – 1915-ci illərdə Qori seminariyasında müəllim,

1915 – 1920-ci illərdə isə Nuxada şəhər gimnaziyasında əvvəl müəllim, sonra isə müdir işləyib.

1920-ci ildə Bakıya – N.Nərimanovun təşəbbüsü ilə Bakıda təşkil olunmuş birillik kurslarda dərs deməyə dəvət olunur; bu kurslarda orta məktəblər üçün müəllimlər hazırlanırdı.

1921 − 1926-cı illərdə fəaliyyət göstərmiş Ali Pedaqoji Kişi İnstitutunun əvvəl fizika-riyaziyyat fakültəsinin dekanı, sonra isə direktoru olub.

1930 − 1936-cı illərdə Pedaqoji İnstitutun riyaziyyat kafedrasının müdiri,

1941-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyazi təhlil kafedrasının müdiri işləyib.

1944-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində açılmış Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub.

1 iyun 1977-ci ildə Bakı şəhərində vəfat edib.

Bakıda adına küçə vardır (1992-ci ildən).

Elmi-pedaqoji fəaliyyəti

1933-cü ildə dosent,

1944-cü ildə professor elmi adını alıb.

Azərbaycan dilində terminologiya tərtib etmiş, Yaxın Şərqdə o vaxtadək istifadə edilməkdə olan riyazi işarə və formulları latınlaşdırmışdır. Bir sıra riyaziyyat dərsliklərinin, o cümlədən, “Sadə diferensial tənliklər” dərsliyinin (1950) müəllifidir.

1941 – 1956-cı illərdə Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olub.

Mükafatları

  • “Azərbaycan SSR Əməkdar Elm xadimi” (1943)
  • “Lenin” ordeni;
  • “Qırmızı əmək Bayrağı” ordeni, 2 dəfə;
  • “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı, 2 dəfə;
  • “Qafqazın müdafiəsinə görə” medalı

Xarici keçidlər