Məmməd Əfəndiyev

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (müzakirə | redaktələr) tərəfindən edilmiş 15:24, 26 iyun 2020 tarixli redaktə
Məmməd Əfəndiyev
Əfəndiyev Məmməd Rəşid bəy oğlu
Məmməd Əfəndiyev
Məmməd Əfəndiyev, 1911-ci il
Doğum tarixi 5 oktyabr 1887(1887-10-05)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 1 iyun 1977 (89 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Elmi adı professor (1944-cü ildən)
Atası Rəşid bəy Əfəndiyev
Mükafatları Lenin ordeni "Qırmızı Əmək Bayrağı" ordeni "Qırmızı Əmək Bayrağı" ordeni "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı

Məmməd Əfəndiyev (Əfəndiyev Məmməd Rəşid bəy oğlu; 15 oktyabr 1887-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  1 iyun 1977-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) − azərbaycanlı sovet riyaziyyatçı-pedaqoqu, professor, S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində fəaliyyət göstərmiş Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru (1944-cü ildən). Tanınmış azərbaycanlı pedaqoq və yazıçı-dramaturq Rəşid bəy Əfəndiyevin oğludur.

Haqqında məlumatlar

1887-ci ildə Nuxada anadan olub.

1908-ci ildə Tiflisdə gimnaziyanı bitirib.

1908 – 1913-cü illərdə Sank-Peterburq İmperator Universitetinin(ru) mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Məmməd bəy Əfəndiyev tələbə uniformasında, 1911-ci il.

1913 – 1915-ci illərdə Qori seminariyasında müəllim,

1915 – 1920-ci illərdə isə Nuxada şəhər gimnaziyasında əvvəl müəllim, sonra isə müdir işləyib.

1920-ci ildə Bakıya – N.Nərimanovun təşəbbüsü ilə Bakıda təşkil olunmuş birillik kurslarda dərs deməyə dəvət olunur; bu kurslarda orta məktəblər üçün müəllimlər hazırlanırdı.

1921 − 1926-cı illərdə Ali Pedaqoji Kişi İnstitutunun əvvəl fizika-riyaziyyat fakültəsinin dekanı, sonra isə direktoru olub.

1930 − 1936-cı illərdə Pedaqoji İnstitutun riyaziyyat kafedrasının müdiri,

1941-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyazi təhlil kafedrasının müdiri işləyib.

1944-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində açılmış Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub.

1 iyun 1977-ci ildə Bakı şəhərində vəfat edib.

1992-ci ildə Bakıda bir küçəyə onun adı verilib.

Elmi-pedaqoji fəaliyyəti

1933-cü ildə dosent,

1944-cü ildə professor elmi adını alıb.

Azərbaycan dilində terminologiya tərtib etmiş, Yaxın Şərqdə o vaxtadək istifadə edilməkdə olan riyazi işarə və formulları latınlaşdırmışdır. Bir sıra riyaziyyat dərsliklərinin, o cümlədən, “Sadə diferensial tənliklər” dərsliyinin (1950) müəllifidir.

1941 – 1956-cı illərdə Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olub.

Mükafatları

  • “Azərbaycan SSR Əməkdar Elm xadimi” (1943)
  • “Lenin” ordeni;
  • “Qırmızı əmək Bayrağı” ordeni, 2 dəfə;
  • “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı, 2 dəfə;
  • “Qafqazın müdafiəsinə görə” medalı

İstifadə edilmiş mənbə

Aidiyyəti linklər

Şablon:Yaxşı məqalə