Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Məmməd Adilov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:24, 26 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məmməd Adilov
Məmməd Adilov
Doğum tarixi 18 noyabr 1953(1953-11-18)
Doğum yeri Nuxa (Şəki) şəhəri
Vəfat tarixi 16 oktyabr 2011(2011-10-16)
Vəfat yeri Şəki
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
İş yeri Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar İnstitutu
Elmi dərəcəsi Filologiya elmləri doktoru
Elmi adı direktor
Təhsili Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi
Mükafatları AMEA-nın Fəxri Fərmanı (2003)
"Tərəqqi" medalı — 2005

Məmməd Musa oğlu Adilov (18 noyabr 1953 – 16 oktyabr 2011) ədəbiyyatşünas alim, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru.

Həyatı

Məmməd Adilov 18 noyabr 1953-cü il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin məzunudur (1976).

1976-1977-ci illərdə Şəki şəhərindəki orta peşə məktəbində müəllim, 1977-1982-ci illərdə Azərbaycan Radiosunda və "Bakı" qəzetində müxbir, 1981-1989-cu illərdə Azərbaycan Xarici Dillər İnstitutunda ikiillik ərəb dili kurslarında müəllim vəzifəsində işləyib.

1982-1984-cü illərdə ordu sıralarında tərcüməçi zabit kimi xidmət etdikdən sonra 1984-cü ildə Azərbaycan EA Əsaslı Kitabxanasında baş direktor[1], elə həmin ildən Azərbaycan EA Əlyazmalar İnstitutunda baş laborant, daha sonralar kiçik elmi işçi, elmi işçi, elmi katib, direktor müavini vəzifələrində çalışıb. Həmçinin, 1993-1996-cı illərdə Lənkəran Dövlət Universitetində, 1995-1998-ci illərdə isə Bakı İslam Universiteti Sumqayıt filialında müəllimlik etmişdir. 2003-cü ildə Azərbaycan MEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsinə seçilmişdir.

1986-cı ildə "Azərbaycan dilində ixtisar sözlər" mövzusunda namizədlik, 2004-cü ildə "Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

İkisi xarici ölkədə olmaqla 170-ə yaxın elmi əsəri nəşr olunub, 100-dən artıq kitabın nəşrə hazırlanmasında iştrak etmişdir.

İSESKO-nun Rabatda (1993) və Qahirədə (1996) keçirilmiş simpoziumlarında iştirak etmiş, həmçinin, Moskvada, İstanbulda, Tehranda, Vilnüsdə, Aşqabadda, Məkkədə, Konyada, Urmiyada, Qazanda, Türküstanda elmi ezamiyyətlərdə olmuşdur.

1999-cu ildə "Kitabi-Dədə Qorqud"un yazıya alınmasının 1300 illik yubileyini, 2003-cü ildə isə Xacə Nəsirəddin Tusinin 800 illik yubileyini keçirən dövlət komissiyalarının üzvü olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert şurasının üzvü və "Əlyazmalar xəzinəsində" jurnalının baş redaktoru idi.

2003-cü ildə AMEA-nın Fəxri Fərmanı ilə, 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Məmməd Adilov 16 oktyabr 2011-ci il tarixdə toy ziyafətində iştirak etmək üçün Şəki şəhərinə gəlmiş, toyda iştrak etmiş, lakin toydan getdikdən sonra həmin gecə, Şəki şəhərində qəflətən dünyasını dəyişmişdir.

Əsas elmi nailiyyətləri

  • Azərbaycan paleoqrafiyasının elmi-nəzəri və təcrübi məsələlərinin tədqiqi;
  • Azərbaycan orfoqrafiyası tarixinin tədqiqi;
  • Orta əsr türk mətninin transfoneliterasiya prinsiplərinin müəyyənləşdirilməsi;
  • Orta əsr əlyazma kitabı anlayışının dəqiqləşdirilməsi;
  • Ədəbi və tarixi abidələrinin, arxiv materiallarının nəşri;
  • Müasir Azərbaycan dili problemləri ilə bağlı tədqiqatlar: İxtisar sözlər, onomastika, terminologiya, frazeologiya, leksikoqrafiya, nitq mədəniyyəti məsələləri.

Əsas elmi əsərləri

  • Azərbaycan paleoqrafiya və tarixi orfoqrafiyası. – Bakı, Nurlan, 2002, 200 s.
  • Türk mətninin transfoneliterasiyası problemləri. – Bakı, Nurlan, 2003, 120 s.
  • Azərbaycan əlyazmalarında filiqranlar (A.Məmmədbağıroğlu ilə). Bakı, Tural-Ə, 2001, 56 s.
  • Rəşid bəy Axundov. Məktublar, sənədlər, tərcümələr, məqalələr. – Bakı: Nurlan, 2003, 467 s. (H.Ə.Həsənovla)
  • İsmail bəy Qasprinski. Türküstan üləması. – Bakı: Örnək, 2001, 55 s.
  • Azərbaycan paleoqrafiyası. Bakı: Elm, 2009

Mənbə

İstinadlar

  1. Məmməd Adilovun ölümü ilə bağlı Əlyazmalar İnstitutun saytında dərc olunmuş nekroloqda belə yazılıb, bu M.Adilovun vaxtilə, özünün yazdığı tərcümeyi-halından götürülmüşdür. İndiki Azərbaycan MEA-nın mərkəzi kitabxanasına Sovet dövründə "əsaslı kitabxana" deyilirdi, orada həqiqətən də Sovet zamanında redaktor vəzifəsi mövcud olub.

Şablon:Yaxşı məqalə