Məmməd Adilov (1953–2011) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru.

Məmməd Adilov
Adilov Məmməd Musa oğlu
Məmməd Adilov
Məmməd Adilov.
Doğum tarixi 18 noyabr 1953(1953-11-18)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 oktyabr 2011 (57 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
İş yeri AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu
Elmi dərəcəsi filologiya elmləri doktoru
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi (–1976)
Mükafatları "Tərəqqi" medalı — 2005

Haqqında məlumatlar Redaktə

18 noyabr 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Redaktə

1971-ci ildə Şəki şəhər 10 №-li orta məktəbi,

1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

Əmək fəaliyyəti Redaktə

1976 – 1977-ci illərdə Şəkidə peşə məktəbində müəllim,

1977 – 1982-ci illərdə Azərbaycan radiosunda və “Bakı” qəzetində müxbir,

1981 – 1989-cu illərdə Azərbaycan Xarici Dillər İnstitutunun ikiillik ərəb dili kurslarında müəllim,

1982 – 1984-cü illərdə sovet ordusunda tərcüməçi zabit vəzifəsində çalışıb.

1984-cü ildən Azərbaycan SSR EA Əsaslı Kitabxanasında baş redaktor[1], elə həmin ildən Azərbaycan EA Əlyazmalar İnstitutunda baş laborant, daha sonralar kiçik elmi işçi, elmi işçi, elmi katib, direktor müavini vəzifələrində çalışıb.

1993 – 1995-ci illərdə Lənkəran Dövlət Universitetində,

1995 – 1998-ci illərdə isə Bakı İslam Universiteti Sumqayıt filialında müəllim,

1995 – 2011-ci illərdə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi,

1995 – 2011-ci illərdə isə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru vəzifəsində çalışıb.

Elmi fəaliyyəti Redaktə

1986-cı ildə “Azərbaycan dilində ixtisar sözlər” mövzusunda namizədlik,

2004-cü ildə “Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

İkisi xarici ölkədə olmaqla 170-ə yaxın elmi əsəri nəşr olunub, 100-dən artıq kitabın nəşrə hazırlanmasında iştrak edib.

İSESKO-nun Rabatda (1993) və Qahirədə (1996) keçirilmiş simpoziumlarında iştirak edib, həmçinin, Moskvada, İstanbulda, Tehranda, Vilnüsdə, Aşqabadda, Məkkədə, Konyada, Urmiyada, Qazanda, Türküstanda elmi ezamiyyətlərdə olub.

1999-cu ildə “Kitabi-Dədə Qorqud”un yazıya alınmasının 1300 illik yubileyini, 2003-cü ildə isə Xacə Nəsirəddin Tusinin 800 illik yubileyini keçirən dövlət komissiyalarının üzvü olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert şurasının üzvü və “Əlyazmalar xəzinəsində” jurnalının baş redaktoru olub.

Əsas elmi nailiyyətləri Redaktə

  • Azərbaycan paleoqrafiyasının elmi-nəzəri və təcrübi məsələlərinin tədqiqi;
  • Azərbaycan orfoqrafiyası tarixinin tədqiqi;
  • Orta əsr türk mətninin transfoneliterasiya prinsiplərinin müəyyənləşdirilməsi;
  • Orta əsr əlyazma kitabı anlayışının dəqiqləşdirilməsi;
  • Ədəbi və tarixi abidələrinin, arxiv materiallarının nəşri;
  • Müasir Azərbaycan dili problemləri ilə bağlı tədqiqatlar: İxtisar sözlər, onomastika, terminologiya, frazeologiya, leksikoqrafiya, nitq mədəniyyəti məsələləri.

Əsas elmi əsərləri Redaktə

  • Azərbaycan paleoqrafiya və tarixi orfoqrafiyası. – Bakı, Nurlan, 2002, 200 s.
  • Türk mətninin transfoneliterasiyası problemləri. – Bakı, Nurlan, 2003, 120 s.
  • Azərbaycan əlyazmalarında filiqranlar (A.Məmmədbağıroğlu ilə). Bakı, Tural-Ə, 2001, 56 s.
  • Rəşid bəy Axundov. Məktublar, sənədlər, tərcümələr, məqalələr. – Bakı: Nurlan, 2003, 467 s. (H.Ə.Həsənovla).
  • İsmail bəy Qasprinski. Türküstan üləması. – Bakı: Örnək, 2001, 55 s.
  • Azərbaycan paleoqrafiyası. Bakı: Elm, 2009.

Təltif və mükafatları Redaktə

Vəfatı Redaktə

16 oktyabr 2011-ci il tarixdə – 57 yaşında, Şəkidə toy məclisində iştirak etdikdən sonra qəflətən vəfat edib.

Ədəbiyyat Redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Adilov Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 31. — 1.000 nüsx.
  2. ADİLOV Məmməd Musa oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I  c. — Səh. 95. — ISBN 978-9952-441-02-4.
  3. Əli Məmmədbağıroğlu (2013.- 17 noyabr). "TANINMIŞ PALEOQRAF ALİM/Filologiya elmləri doktoru Məmməd Musa oğlu Adilov dünyasını dəyişəndə 58 yaşı hələ tamam olmamışdı". http://www.anl.az/ (azərb.). "Respublika" qəzeti. 16 Oct 2020 tarixində arxivləşdirilib.

İstinadlar Redaktə

  1. Məmməd Adilovun ölümü ilə bağlı Əlyazmalar İnstitutun saytında dərc olunmuş nekroloqda belə yazılıb, bu M.Adilovun vaxtilə, özünün yazdığı tərcümeyi-halından götürülmüşdür. İndiki Azərbaycan MEA-nın mərkəzi kitabxanasına Sovet dövründə "əsaslı kitabxana" deyilirdi, orada sovet zamanında redaktor vəzifəsi mövcud olub.