Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

"Məmməd Bürcəliyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 18: Sətir 18:
 
  |Mükafatları      = {{Azərbaycan SSR əməkdar artisti|1955}} {{Azərbaycan SSR xalq artisti|1958}}  
 
  |Mükafatları      = {{Azərbaycan SSR əməkdar artisti|1955}} {{Azərbaycan SSR xalq artisti|1958}}  
 
}}
 
}}
'''Məmməd Bürcəliyev''' (1914–1994) — tanınmış teatr aktyoru, [[Azərbaycan SSR xalq artisti]]. Həmçinin, Azərbaycanfilmin istehsalı olan bir neçə filmdə də çəkilmişdir.  
+
'''Məmməd Bürcəliyev''' (1914–1994) — tanınmış teatr aktyoru, [[Azərbaycan SSR xalq artisti]]. Həmçinin, Azərbaycanfilmin istehsalı olan bir neçə bədii filmdə də çəkilmişdir.  
  
 
== Haqqında məlumatlar ==
 
== Haqqında məlumatlar ==

19:54, 21 aprel 2021 versiyası

Məmməd Bürcəliyev
Bürcəliyev Məmməd İsmayıl oğlu
Məmməd Bürcəliyev
Məmməd Bürcəliyev
Doğum tarixi 25 aprel 1914(1914-04-25)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 25 noyabr 1994 (80 yaşında)
Vəfat yeri Gəncə, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Gəncə, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of Russia.svg Rusiya İmperiyasıFlag of Azerbaijan 1918.svg Azərbaycan Cümhuriyyəti→Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Sədayə Mustafayeva
Uşağı Anar Bürcəliyev
Peşəsi aktyor
Təhsili N.K.Krupuskaya adına Moskva Dövlət İncəsənət Universiteti, teatr aktyoru və rejissoru fakültəsi (1967–1968)
Fəaliyyət illəri 1935–1994
Teatr Gəncə Dövlət Dram Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1955 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1958

Məmməd Bürcəliyev (1914–1994) — tanınmış teatr aktyoru, Azərbaycan SSR xalq artisti. Həmçinin, Azərbaycanfilmin istehsalı olan bir neçə bədii filmdə də çəkilmişdir.

Haqqında məlumatlar

25 aprel 1914-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1932-ci ildə 5-illik orta təhsilini başa vurub və Karl Libknext adına fabrik-zavod məktəbinə daxil olub.

1967 – 1968-ci illərdə N.K.Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin teatr aktyoru və rejissoru fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1932 – 1935-ci illərdə Nuxa Dövlət Dram Teatrında,

1935 – 1994-cü illərdə isə Kirovabad/Gəncə Dövlət Dram Teatrında çalışıb.

Digər

1948-ci ildə “Yadigar” adlı bir dram əsəri qələmə alıb. Bu dram əsəri 1948-ci ildə SSRİ-də keçirilmiş “Müasir dramaturqların əsərlərinə baxış” festivalında 3-cü dərəcəli mükafata layiq görülüb.

Dövri-nəşrlərdə 75-dən artıq məqalə, resenziya və oçerki çap olunub.

Təltif və mükafatları

Vəfatı

25 noyabr 1994-cü il tarixdə – 80 yaşında, Gəncədə vəfat edib.

Xatirəsi

Gəncə Dövlət Dram Teatrının yerləşdiyi köhnə Kutaisi küçəsinə onun adı verilmiş, vaxtilə yaşadığı binanın qarşısında xatirə-barelyef lövhəsi vurulmuşdur.

1998-ci ildə “Günəş” nəşriyyatı tərəfindən teatrşünas-tənqidçi Anar Bürcəliyevin “Əsl el adamı” monoqrafiyası çap edilmişdir. Anadan olmasının 95 illik yubileyi münasibəti ilə ANS Televiziyasında onun haqqında “Xoşbəxt bürc altında” televiziya filmi yayımlanmışdır.

Filmoqrafiya

  1. Mən ki gözəl deyildim (film, 1968) – əsgər.
  2. Dəli Kür (film, 1969) – Allahyar.
  3. Firəngiz (film, 1975) – Sürücü.
  4. Gözlə məni (film, 1980) – Bəy.
  5. Köhnə bərə (film, 1984) – İbrahim.
  6. Qəm pəncərəsi (film, 1986) – Rəşid bəy.
  7. O dünyadan salam (film, 1991) – Hacı Baxşəli.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Bürcəliyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 75. — 1.000 nüsx.